Icma.az
close
up
RU
Qalib yenə Azərbaycan oldu!

Qalib yenə Azərbaycan oldu!

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də Vaşinqtonda baş tutan görüş təkcə diplomatik protokolun icrası deyildi, həm də ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə yüksək ehtiramla qarşılaması, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün güclü siyasi siqnal kimi dəyərləndirilir.

Cənab Trampın haqsız və köhnəlmiş 907-ci düzəlişi ləğv etməsi, Azərbaycanla hərbi-texniki əməkdaşlığın qarşısındakı süni maneələri aradan qaldırması, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni yanaşma formalaşdırdığını göstərir. Bu addım həm də ABŞ-ın regionda güc balansına daha realist baxışının nəticəsi kimi çıxış edir.

Postmüharibə dövründə Prezident İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıqlar, Azərbaycanın ərazi bütövlüyünün bərpası, regional nəqliyyat-kommunikasiya layihələrinin canlandırılması və sülh gündəliyinin təşviqi artıq supergüc dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Vaşinqton üçün Bakı yalnız enerji təhlükəsizliyinin təminatçısı deyil, həm də Qafqazda sabitliyin açar oyunçusudur.
Son illərdə iki ölkə arasında enerji əməkdaşlığı yenidən yüksəlişə keçib. ABŞ şirkətləri Xəzərin enerji resurslarının işlənməsi və ixracı üzrə yeni layihələrdə maraqlıdır. Bütün bunlar ABŞ–Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqləyir. Vaşinqtonun Bakıya strateji tərəfdaş kimi baxması, qarşılıqlı iqtisadi, hərbi və siyasi layihələrin daha da genişlənməsinə zəmin yaradır. İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq təkcə regional oyunçu deyil, qlobal proseslərdə söz sahibi olan mühüm tərəfdaş kimi qəbul olunur.
Vaşinqtonda imzalanan birgə bəyanat isə Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin diplomatik həllində tarixi mərhələ kimi dəyərləndirilir. 

Dünya Azərbaycan Prezidenti və Ermənistan Baş naziri, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair sazişin paraflanmasına şahidlik etdi və bu tarixi hadisə idi.

Sənəd hələ imzalanma və ratifikasiya mərhələsinə keçməsə də, prosesin artıq sonuncu və həlledici fazaya daxil olduğunu göstərir. Bu bəyannamə sadəcə atəşkəsin təsdiqi deyil, tammiqyaslı diplomatik münasibətlərin qurulmasına yönəldiyini aydın ortaya qoyur. Bəyanatın mühüm siyasi elementlərindən biri ATƏT-in Minsk Qrupu və onunla əlaqəli strukturların bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ə ünvanladıqları birgə müraciət oldu. Bu addım otuz ilə yaxın davam edən beynəlxalq vasitəçilik formatının formal olaraq sona çatması deməkdir. Minsk Qrupunun ləğvi, münaqişənin bundan sonra ABŞ-ın rəhbərliyi ilə və iki ölkə arasında birbaşa formatda həll olunacağını göstərir.

İmzalanmış sənəddə regiondaxili kommunikasiya xətlərinin açılması xüsusi yer tutur. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqəsinin təmin edilməsi, Ermənistan üçün isə beynəlxalq və daxili nəqliyyat imkanlarının genişlənməsi nəzərdə tutulur. Bu istiqamətdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni layihə elan edilib ki, bu da Vaşinqtonun prosesdə həm siyasi, həm də iqtisadi marka yaratmaq istəklərini nümayiş etdirir. Bəyanatda BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadla dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri bir daha təsdiqlənir. Qisasçılıq və revanşizmə qarşı qəti mövqe bildirilməsi isə gələcəkdə silahlı toqquşma riskini minimuma endirməyə yönəlmiş mühüm diplomatik mesajdır.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində liderlər tərəfindən Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini və strateji əməkdaşlığın əsaslı şəkildə dərinləşdiyini göstərir.

Beləliklə, 44 günlük Zəfər savaşından və bir günlük lokal antiterror tədbirlərindən sonra qalib xalqın qalib lideri kimi Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın irəli sürdüyü bütün şərtlərin diplomatik masada qeyri-şərtsiz qəbul olunması ilə nəticələndi. 

Döyüş meydanından qalib ayrılan Ali Baş Komandan İlham Əliyev diplomatik danışıqlarda da eyni iradə və uzaqgörənliklə ölkəmizin milli maraqlarını tam şəkildə təmin etdi. Hərbi zəfərlərini siyasi uğurlarla tamamlayan Azərbaycan lideri bütün savaşlardan ardıcıl olaraq qalib çıxmaqla tariximizdə analoqu olmayan bir ilkə imza atdı.

Təqvimin bu günü  xalqımızın yaddaşına müasir tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri kimi həkk olundu. Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyətli liderliyi sayəsində qalib yenə də Azərbaycan oldu. Qarabağın Fatehinin rəhbərliyi ilə biz bir daha azərbaycanlı olmağın qürurunu və xoşbəxtliyini yaşadıq.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri