Qalkin Puqaçovaya xəyanət edir? Fotolar
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Xalq artisti Alla Puqaçovanın şoumen həyat yoldaşı Maksim Qalkinin son paylaşımları müzakirələrə yol açıb.
Axşam.az xəbər verir ki, 49 yaşlı aparıcının görünüşündə dəyişiklik hiss edən izləyicilər onun 76 yaşlı müğənniyə xəyanət etməsindən şübhələndiklərini bildiriblər.
Belə ki, o xeyli arıqlayıb, idmanla məşğul olaraq daha formada görünməyə başlayıb və imicini dəyişib. Şoumen həmçinin saqqal saxlamağa başlayıb.
Bundan başqa, Qalkin tez-tez qastrol səfərlərinə getdiyi üçün evdən çox kənarda vaxt keçirir və sosial şəbəkələrdə də daha aktiv olub. O, paylaşımlarında əzələlərini nümayiş etdirir, hətta hovuzdan videolarını yayımlayır.
Bu isə bəzi izləyicilərdə müxtəlif şübhələr yaradıb. Onların fikrincə, Puqaçova uşaqları ilə birlikdə Kiprdə evdə vaxt keçirərkən, Qalkin ona xəyanət edir.
"Avropada kiminləsə əylənir, Puqaçova isə evdə oturur", "Son vaxtlar Maksim çox dəyişib, nəsə var", "Qastrollarda onu kim çəkir maraqlıdır, yəqin ki, münasibətdə olduğu biri var" deyə, izləyicilər şərh yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Mart 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















