Icma.az
close
up
RU
Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir

Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran rayon sakini Rzayev Zaur Camal oğlu "AID Language Center" Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayətçidir.
AzToday.org xəbər verir ki, Z.Rzayev şikayətində 2024-cü ilin may ayında "AID Language Center" MMC ilə müqavilə bağladığını, lakin sonradan qarşı tərəfin müəyyən bəhanələr gətirirək öhdəliyini pozduğunu yazır:
"2024-cü ilin may ayının 2-də "AID Language Center" MMC şirkəti ilə müqavilə bağladım. Müqavilə bağlamaqda məqsədim övladımın müalicəsi üçün xaricə getmək idi. Şirkət bu məsələdə bizə yardımçı olacağını bildirmişdi. Şirkətlə müqavilə imzalanan ərəfəsində özümün və həyat yoldaşımın xarici dil biliyinin olmadığı bildirdim. Şirkət bu məsələdə narahat olmamağımızı deyərək bizə xarici dil kursunda tələb olunan səviyyəyə çatdıracağına söz verdi".
Şikayətçi vətəndaş müqavilədə nəzərdə tutulan məbləğin yarıdan çoxunu ödədiyini bildirir:
"AID Language Center" MMC-yə müqavilə üzrə dil tədrisi istisna olmaqla 2500 manat ödəməli idik. Bu məbləğin 1500 manatını ödədik. Yerdə qalan min manatını isə sənədlər tam hazırlanandan sonra ödəyəcəkdik. Şirkət həyat yoldaşım və mənə dil kursları üçün əlavə ödəniş tələb etdi. Şirkət bizə bildirdi ki, hər biri 500 manat olan iki paket alsaq bizə xarici dili sənədləşmə işləri başa çatanadək normal səviyyədə öyrədəcək".
Zaur Rzayev "AID Language Center" MMC-yə əlavə 1000 manat ödədiyini deyir: 

"Həyat yoldaşım Rzayeva Nübar Rafail qızı və özüm üçün 2024-cü ilin iyun ayının 10-da şirkətə məxsus 5** ** ** * 39 nömrəli karta 1000 manat ödəyərək iki paket götürdük. Bizə o zaman bildirildi ki, yay aylarına qədər ingilis dili səviyyəmizi mövcud proqramlarla zənginləşdirəcəklər. Pulu ödəyəndən bir ay sonra kursa başladıq. Kursa başlayandan sonra 3 ay normal formada dərslər keçirildi. Lakin 3 ay tamam olandan sonra bizə ayrılan limitin qurtardığını deyərək əlavə ödəniş tələb etməyə başladılar. Lakin biz də şirkət nümayəndələrinə ödəniş tələbinin doğru olmadığı, əlavə vəsait ödəməyəcəmiyimizi bildirdik. Sonda şirkət nümayəndələrinin bu hərəkətindən bezib müqaviləyə xitam verilməsini, müqavilə üzrə ödədiyimiz 1500 manatın geri qaytarılmasını tələb etdim".
Zaur Rzayev bildirir ki, şirkət nümayəndəsi Emil Nadirlinin onlara müqavilənin ləğv edilməsinin mümkün olmadığı, ödənilən 1500 manatı geri qaytarmayacaqlarını deyib. Bundan sonra dəfələrlə "AID Language Center" MMC-nin rəhbəri Nigar xanımın qəbulunda olmağa dəfələrlə cəhd etsəm də şirkət nümayəndələri imkan verməyib. 
Sonra şikayətçi vətəndaş "AID Language Center" MMC-yə ödədiyi 1500 manatın geri qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirir.
Şikayətlə əlaqədar şirkətdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, şirkətin əlaqə nömrələrinə etdiyimiz zənglərə cavabsız qaldı. Həmçinin, şirkətin e-mail adresinə yazdığımız sorğuya hələlik cavab verilməyib. 
Qeyd edək ki, "AID Language Center" MMC qalmaqallı aparıcı Nigar Fərhada məxsusdur. O, bir-neçə gün əvvəl efirdə dediyi "oğluma atası olmayan qızı almaram" sözləri tənqidlərə səbəb olmuşdu...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri