Icma.az
close
up
RU
Qalmaqallı Laçın qaçqın məktəbinin direktoru məhkəməyə verildi VİDEO

Qalmaqallı Laçın qaçqın məktəbinin direktoru məhkəməyə verildi VİDEO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlər qonşuluqda yerləşən qalmaqallı Laçın qaçqın məktəbinin direktoru Piyalə Xudayarovanı məhkəməyə veriblər.

Bu barədə Bakupost.az -a sakinlərdən Zəminə Zahirova bildirib.

O qeyd edib ki, vaxtilə məktəb qaçqın uşaqların təhsil alması bəhanəsi ilə gecə ikən qondarılıb:

"Elə o vaxtdan bizim rahatlığımız pozuldu. Çünki məktəbə gedən yol bələdiyyə işçiləri tərəfindən satıldı və onun yerində obyekt tikildi. Nəticədə bir tərəfi uçurum olan, digər tərəfində obyekt tikilən məktəb yolsuz qaldı. O vaxt humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətimizdən məktəbə çığır ayıraıq. Ancaq bir müddət sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gəlməyə başlayıblar. Bundan sonra da problemlər başladı".

Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu deyən Z.Zahirovanın sözlərinə görə, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır:

"Bu səbəbdən dəfələrlə onlara məxsus həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsələr də, məktəb rəhbərliyi uzun müddət buna məhəl qoymayıb. Bu azmış kimi direktor məktəbin darvazasını qanunsuz olaraq mənim evimə bərkidib. Neçə vaxtdır, evimə bərkidilən darvazanın oradan götürülməsini tələb etsəm də, xeyri yoxdur".

Z.Zahirova qeyd edib ki, o, dəfələrlə məsələ ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova direktorun özbaşınalıqlarına son qoyulması ilə bağlı müraciət edib:

"Dəfələrlə Fuad Bədəlovun qəbulunda da olmuşuq. Hər dəfə problemi həll edəcəyini bildirsə də, heç bir tədbir görməyib. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktəbin qanunsuz tikildiyini təsdiqləyiblər. Dövlət qurumları ilə yazışmalardan sonra məktəbin köçürülməsi məsələsi gündəmə gəlib. İndi bundan qorxuya düşən məktəb direktoru öz qanunsuz əməllərini ört-basdır etmək üçün şəhid adı ilə manipulyasiya edir. Piyalə Xudayarova Badamdar Laçın qaçqın məktəbini şəhid Etibar Nəcəfovun adı ilə əlaqələndirərək, məktəbin şəhid statuslu olduğunu bildirir. Ancaq bu hadisələrə qədər məktəbin şəhid Etibar Nəcəfovun adını daşıdığına dair heç bir məlumat yox idi, məktəbə belə lövhə vurulmamışdı. Ümumiyyətlə, məktəbə şəhidin adının verilməsinə dair qərar varmı? Bu qərarı kim imzalayıb? Məsələnin son vaxtlar gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Piyalə Xudayarovanı şəhidlər düşündürmür. Açıq şəkildə şəhid adından istifadə edərək,

bizi evimizi sökməklə, torpağımızı məktəbin ərazisinə birləşdirməklə hədə-qorxu gələrək yaşamağımıza ciddi təhlükə yaradır. Həmin ünvanda cəmi üç ailə yaşayır. Piyalə Xudayarova bizimlə nəinki yola getmir, üstəlik yaxın qonşularla da münasibətlərimizi korlamaq, torpağımızı əlimizdən almaq niyyətinə çatmaq istəyir. O, tabeçiliyində olan işçiləri vasitəsilə daim bizə təziq göstərir".

Z.Zahirova sonda onu da qeyd edib ki, Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə çoxsaylı müraciətlərinə, müvafiq dövlət orqanlarının təxliyyə yolu olmayan məktəbin qanunsuz tikilməsinə dair rəyinə baxmayaraq, məsələ həll olunmayıb:

"Bu səbəbdən məcbur qalıb Baş Prokuror Kamran Əliyevə və məhkəməyə müraciət etdik. Aprelin 24-də iddiamıza hakim Rəna Qafarovanın sədrliyi ilə Səbail rayon məhkəməsində baxılacaq".

Zaur, BakuPost










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri