Icma.az
close
up
RU
Qalmaqallı xəyanət şousu: Başa düşmək üçün intellekt lazımdır VİDEO

Qalmaqallı xəyanət şousu: Başa düşmək üçün intellekt lazımdır VİDEO

Icma.az, Olke.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, "Bu şəhərdə" komandasının ötən gün baş tutan konsertindən əvvəl şou xarakterli dava baş tutub.

Ölkə.Az xəbər verir ki, zal dolu olduğu bir anda bir qadın guya konsertə başqa bir qadınla gələn əri ilə "dalaşıb". O, daha sonra digər qadının saçını yolub.

Sözügedən anın görüntülərini izləyənlər əvvəlcə bunun real olduğunu düşünsə də, daha sonra şou olduğu üzə çıxıb.

Tamaşadan əvvəl nümayiş olunan səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri bu şounu "mənasız" , "səviyyəsiz" və s. adlandırıblar.

Ölkə.Az yazılanlarla bağlı aktyor, "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasovun fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bu tipli şouların hələ çox olacağını deyərək sərt danışıb:

"Bu, adi bir fləşmob idi. Kiminsə xoşuna gəlir, kimlərsə bəyənmir, müzakirə edir və s. Dar düşüncəli bədbəxt insanlar var. Yumoru başa düşmək üçün də intellekt lazımdır. O yoxdursa, indi biz nə edək? Bədbəxtdirlər. Bizim üçün əsas odur ki, zala gələn tamaşaçıların hamısının xoşuna gəldi. Hamısı həzz aldı, ləzzət aldı. Bizim özümüzün də xoşumuza gəldi. İndidən deyirəm, inşallah qismət olsa, gələcəkdə də bunu dəfələrlə təkrar edəcəyik. Xoşuna gəlməyənlərə deyirəm ki, baxmasınlar. Getsinlər öz səviyyələrində olan şeylərə baxsınlar. Min şükür, bu dəqiqə sosial şəbəkələr doludur. Tənqid edənlərin səviyyəsində olan yumorlara uyğun ayrı-ayrı kontentlər var, doludur. Getsinlər, oturub ailəvi baxsınlar. Bizim öz tamaşaçılarımız bizə yetər. Allah bizim tamaşaçıları qorusun. 

Belə də ki, fikirlər müxtəlif olmalıdır və min şükür ki, bizi müzakirə edirlər. Min şükür ki, yaxşı, pis, tərif, tənqidlə "Bu şəhərdə" 25 ildir var. İnşallah indidən sonra da bir 10 il də müzakirə etsinlər, sonra baxarıq", - deyə o söyləyib.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri