Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Qalxanvari vəzi analizləri və onların nəticələri

Qalxanvari vəzi analizləri və onların nəticələri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müxtəlif pozulmalar zamanı həkimlər xəstələrə qalxanvari vəzi hormonlarının analizlərini təyin edirlər.

Bir çox hallarda pasientlərə TSH, T3 və T4 kimi hormonların analizləri təyin olunur. Bu analizlərin nəticəsi insanda qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin fəaliyyətinə aydınlıq gətirə bilən digər analizlər (xüsusi anticisimlər, zülallar) və müayinələr (qalxanvari vəzi USM-i, MRT və s.) təyin oluna bilər.

Adətən həkimlər xəstələrə bu kimi hallarda qalxanvari vəzi analizlərini təyin edirlər:

- həkimdə qalxanvari vəzi fəaliyətinin pozulmaları olan hipotireoza və ya hipertireoza şübhə yarandıqda (bu pozulmaların əlamətləri haqqında saytımızın "Endokrin sistemi" bölməsində geniş məlumat verilir),

- hipotireozun müalicəsinə kontrol etmək məqsədi ilə,

- qalxanvari vəzi böyüməsi zamanı (zob),

- uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,

- ürək ritminin pozulmaları zamanı,

- ürək xəstəlikləri standart müalicəyə tabe olmadıqda,

- qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),

- sonsuzluqla bağlı müayinələr zamanı.

TSH hormonu qalxanvari vəzi tərəfindən sintez edilmir (hazırlanmır). Bu hormon baş beyində olan endokrin vəzi hipofizin hormonudur. Lakin məhz TSH qalxanvari vəzi hormonlarının (T3 və T4) sintezini (istehsalını) tənzimləyir - sürətləndirir və ya əksinə ləngidir.

Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-un sintezini artırır  ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.

T3 (triyodtironin) və T4 (tiroksin) hormonları qalxanvari vəzi tərəfindən ifraz olunur. Bu hormonlar orqanizmdə gedən müxtəlif proseslərdə (mübadilə prosesləri, sinir və ürək-damar sistemlərinin fəaliyyətinin tənzimlənməsi, uşaqlarda boyatma və inkişaf prosesləri və s.) çox fəal iştirak edirlər.

T3 və T4 ümumi və sərbəst olur. Ümumi T3 və T4  hormonları qanda xüsusi zülallarla bağlı vəziyyətdə olurlar, aktiv deyillər və orqanizmə qalvanvari vəzi hormonları kimi bioloji təsir etmirlər. Bu hormonların səviyyəsi orqanizmdə müxtəlif səbəblərə görə (bəzi dərman preparatların qəbulu, böyrək, qara ciyər xəstəlikləri, infeksiyalar, hamiləlik, bəzi genetik patologiyalar və s.) dəyişilir. Bu dəyişikliklər qalxanvari vəzi fəaliyyəti ilə bağlı olmaya bilər. Bütün bu səbəblərə görə ümumi T3 və T4 analizləri pasientlərə daha nadir hallarda təyin olunur.

Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur. Bir çox hallarda xəstələrə yalnız sərbəst T4-ün analizi təyin olunur.

Hal hazırda bu analizlər müxtəlif üsullarla həyata keçirilir. Bu səbəbdən müxtəlif laboratoriyalarda bu hormonların normaları müxtəlif ola bilər. Bundan əlavə xəstənin yaşı və cinsi də burada müəyyən rol oynayır. Beləliklə, analizlərin nəticələrini yalnız həkim endokrinoloq dəqiq qiymətləndirə bilər.

Analiz sübh tezdən (gücə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakitləşməlidir (həm fizkiki, həm də psixoloji). Əgər xəstə  qalxanvari vəzi hormonları qəbul edirsə, analiz günü həb qəbul edilməməlidir.

Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.

Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür.

Bu ümumi məlumatdır. Birdə təkrarlayaq ki, analizin nəticələrini daha dəqiq şəkildə yalnız həkim endokrinoloq qiymətləndirə bilər.

Mənbə: www.gormonivnorme.ru

www.shhitovidnaya-zheleza.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri