Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Qalxanvari vəzi və hamiləlik

Qalxanvari vəzi və hamiləlik

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hal hazırda qalxanvari vəzi patologiyaları çox yayılıb. Bir çox hallarda bu patologiyalar  ilk dəfə hamiləlik zamanı təyin olunur.

Məsələ burasındadır ki, hamiləlik zamanı qalxanvari vəzi güclü yükləmələrə məruz qalır. Dölün orqan və sistemləri formalaşdığı dövrdə qalxan vəzinin fəaliyyəti artır, o daha çox miqdarda hormoları ifraz etməyə başalayır. Bu əlavə hormonların səbəbinə ana orqanizmində müəyyən vacib dəyişikliklər baş verir, dölün orqan və sistemlərinin normal formalaşması və inkişafı təmin olunur.

Beləliklə, qalxanvari vəzi hamiləliyin gedişatına, dölün inkişafına və doğuşa böyük təsir edir. Qalxanvari vəzi patologiyaları hamiləlik zamanı ağır fəsadlara səbəb ola bilər. Bu fəsadların arasında:

- arterial hipertoniya,

- preeklampsiya,

- ciftin qopması,

- ürək çatışmazlığı,

- dölsalmalar və vaxtdan tez doğuş,

- uşağın ölü doğulması,

- doğuşdan sonrakı uşaqlıq qanaxmalaları.

Qalxanvari vəzi patologiyaları bir çox hallarda dölsalmalara səbəb olur. Bu səbəbdən qadında dölsalmalar bir neçə dəfə təkrar olunarsa, qalxanvari vəzi hormonları mütləq yoxlanılmalıdır.

Bundan əlavə qalxanvari vəzinin fəalityyətinin pozulmaları doğulan uşaqlarda inkişaf qüsurlarına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq hamiləliyi planlaşdıran qadın, o cümlədən,  endokrinoloqun müayinəsindən keçməli,  lazım olduqda  analizləri verməlidir.

Hamiləlik zamanı qadın onun orqanizmində gedən dəyişikliklərə qarşı çox diqqətli olmalı  və hər hansı pozulmadan şübhələndikdə mütləq həkimə müraciət etməlidir. Qalxanvari vəzinin fəaliyyətinin pozulması özünü bu kimi simptomlarla büruzə verə bilər:

- əsəbilik, yuxusuzluq, zəiflik, istilik, ürək döyünməsinin artması (taxikardiya), əllərin əsməsi, tərləmənin artması, ishal. Bu qalxanvari vəzinin fəaliyyətinin artmasının (hipertireoz) simptomları ola bilər.

- depressiya, ürək döyünməsinin yavaşıması (bradikardiya), əzələlərdə qıcolmalar, dərinin quruluğu, qəbizlik, saçların tökülməsi, çəkinin normadan tez artması. Bu qalxanvari vəzinin fəaliyyətinin  azalmasının (hipotireoz) simptomları ola bilər.

Əgər qadında qalxanvari vəzində pozulma hamiləlikdən əvvəl təyin olunubsa, bu halda qadın mütləq hamiləliyini planlaşdırmalıdır və hamiləlikdən əvvəl  endokrinoloqun müayinəsindən keçməli və lazım olan analizləri verməlidir. Hamiləlik təsdiq olunduqda qadın endokrinoloqa müraciət etməlidir.

Hipotireoz xəstəliyi olan və L-tiroksin preparatı (baqotiroks və s.) qəbul edən qadınlarda hamiləlik zamanı dərmanın dozası adətən artırılır. Belə qadınlar hamiləlik zamanı daim endokrinoloqun nəzarətində olmalı və  müəyyən fasilələrlə hormonal analizləri verməlidir (adətən TSH, T4 sərbəst). Lakin bu halda hamiləliyin normal inkişafını təmin etmək mümkün olacaq.

Hamiləlikdən əvvəl hipertireoz xəstəliyi olan qadın da mütləq hamiləlik vaxtı endokrinoloqun nəzarətində olmalıdırvə hamiləliyin müxtəlif dövrlərində qalxanvari vəzi hormonların səviyyəsini təyin etmək üçün analizlər verməlidir. Bir çox hallarda bu xəstələrdə hamiləlik zamanı dərmanın dozası azaldılır və ya dərmanın qəbulu dayandırılır.

Nəzərinizə çatdıraq ki, qalxanvari vəzi pozulmalalı olan hamilə qadınlar həkimin məsləhəti olmadan qəbul etdiyi dərmanların dozalarını dəyişməməlidir. Bu təhlükəli fəsadlara gətirib çıxara bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see568

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see415

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see412

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see386

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see368

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see364

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see325

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see271

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see261

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see250

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see244

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see238

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see231

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see229

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see212

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see209

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see208

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see208

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see208

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri