Qan azlığı, diabet, yoxsa... Ayaq üşüməsinə səbəb olan xəstəliklər
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Ayaq üşüməsi bəzən soyuğa qarşı bədənin normal reaksiyası olsa da, uzun müddət davam edirsə, bu hal ciddi sağlamlıq probleminin əlaməti ola bilər.
Pravda.az bildirir ki, xüsusilə qan dövranı pozğunluqları, qan azlığı, şəkərli diabet, sinir sistemi xəstəlikləri, qaraciyər və böyrək çatışmazlığı ayaqlarda üşüməyə səbəb ola bilər.
Qan dövranı zəif olan insanlarda ürək kifayət qədər qan pompalaya bilmədiyi üçün ayaqlara qan axını azalır və bu da üşümə hissinə səbəb olur. Qan azlığı hallarında isə qırmızı qan hüceyrələrinin azlığı səbəbindən toxumalara oksigen çatmır. Şəkər xəstəliyində sinir zədələnməsi baş verir və bu da ayaqlarda hiss azalması ilə üşüməyə səbəb olur.
Ayaq üşüməsinin səbəbi müəyyən edildikdən sonra müvafiq müalicəyə başlanılır. Həkimlər simptomlara əsasən qan testləri, EKQ və digər müayinələr təyin edə bilər. Müalicə planına dərmanlar, pəhriz və bəzən cərrahi müdaxilələr daxil ola bilər. Ayaq üşüməsini yüngül qəbul etməyin – bu bəzən bədənin sizi xəbərdar etmə üsuludur.
Əminə Bayramova


