Icma.az
close
up
RU
Qan azlığı problemi YARANMA SƏBƏBLƏRİ

Qan azlığı problemi YARANMA SƏBƏBLƏRİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanda qan azlığı müşahidə edilərkən, dərhal tərkibində dəmirlə zəngin olan qidalar məsləhət görülür. Orqanizmdə dəmir azlığı qanın səviyyəsinin aşağı düşməsinə səbəb olur. Amma bütün hallarda səbəb bu olmaya bilər.

Qan azlığı problemi qəfildən yaranmır. Uzun illər qidalanmanın buna təsiri böyükdür. Qadınlarda qan azlığı daha çox müşahidə edilir. Çünki hamiləlik dövründə bu problem daha da kəskinləşə bilər. Qan azlığı xərçəng xəstəliyinin də ilkin mərhələsi ola bilər. Bu baxımdan problemə ciddi yanaşmaq lazımdır.

Qan azlığı, ümumiyyətlə, cəmiyyətdə çox sıx görülən problemdən biridir və önəmli sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır.

Qan azlığının yaranma səbəbləri

Burada, təbii ki, əsas məlumatlandırıcı olması üçün deyə bilərəm ki, 3 əsas səbəbi var qan azlığının. Bizim qan yaradan orqanımız sümük iliyidir. 

İkincisi, bu sümük iliyinin qan yaratması üçün bəlli-başlı xam maddələrə, deyək ki, qida maddələrinə ehtiyacı var. Bunların azlığı, çatışmazlığı. 

Üçüncüsü isə daha çox qanın normal ömrünü yaşaya bilməyib, normal ömrünün qısalması, parçalanmasıdır ki, bunlar, bu 3 təməl səbəb qan azlığına səbəb ola bilir. 

Dəmir çatışmazlığı yenə ümumi qan azlığı tablosunun içində çox ciddi faizlə yer tutmaqdadır. Dəmir çatışmazlığı ilə xüsusilə, qadın xəstələrimiz çox sıx-sıx müraciət etməkdədirlər. Əsas da qadın xəstələrlə birlikdə təbii yetkinlik dövründəki uşaqlarda və hamilə qadınlarda sıx görülməkdədir. Bunun da əsas səbəbi uşaq və ya hamilə qadınlarda ehtiyacın artmasından irəli gəlir.

Uşaqlarda, bəlkə, düzgün qidalanmamanın və ya böyümə çağının verdiyi yüksək təlabata yetişməməsi bir səbəb olaraq qarşımıza çıxa bilir. 

Qadınlarda isə, xüsusilə də, aybaşı olan qadınlarda menapauza öncəsi periodda, təbii ki, aylıq, periodik itki, qan itkisinin səbəbi olaraq dəmir çatışmazlığı ortaya çıxmaqdadır.

Qan azlığı dediyimiz zaman unutmamalı olduğumuz ən önəmli nöqtə bunun bir xəstəlik olmadığıdır. Qan azlığı bir xəstəlik deyil, bu bir əlamətdir, bir işarətdir. Altda yatan xəstəlik mütləq ayırd edilməlidir və ona görə bir müalicə yazılmalıdır.

Qan azlığı, adətən, xəstələrdə halsızlıq, yorğunluq, “efor dispneyası” dediyimiz hərəkətlə ortaya çıxan nəfəs darlığı, əvvəllər çox daha rahatlıqla edə bildiyi hərəkətləri artıq edə bilməməsi və məsələn, 2 mərtəbə çox rahatlıqla çıxa bilərkən artıq bunda çətinlik çəkməsi kimi səbəblər. Bununla birlikdə, xüsusilə, qadınlarda sıx görülən saç və dırnaqlarda asan qırılmalar, saç tökülməsi, yuxuya meyillilik və ya eyni zamanda yuxusuzluq kimi problemlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri