Icma.az
close
up
RU
Qan laxtalanması problemi genetik imiş

Qan laxtalanması problemi genetik imiş

Icma.az, Milli.az saytına istinadən bildirir.

Qan laxtalanması problemi genetik imiş.

Milli.Az xəbər verir ki, F2 (protorombin) və F5 (Leyden faktoru) genlərindəki mutasiyalar qan laxtalanmasını pozur və tromboz ( damarların tıxanması ) riskini artırır. 

Bu barədə Rusiyanın MyGenetics şirkətinin aparıcı elmi işçisi və ekspert şurasının sədri İrina Kolesnikova məlumat verib.

Kolesnikovanın izahına görə qan laxtalanması sistemi pozulduqda, dərin vena trombozu, ağciyər arteriyasının tromboemboliyası, infarkt, insult və hamiləlik zamanı trombotik fəsadlar yarana bilər.

F2 geni qan laxtalanmasında mühüm rol oynayan protorombin zülalının istehsalını tənzimləyir. Mutasiya olduqda trombin daha aktiv olur və qan daha tez laxtalanır. Bu mutasiya hamiləlik zamanı fəsadlara səbəb ola bilər və menopauza dövründə hormon müalicəsi alan qadınlar üçün vacibdir.

F5 geni (Leyden faktoru) isə qan laxtalanmasını tənzimləyən C proteininin təsirini zəiflədərək laxtalanma prosesinin düzgün işləməsinə mane olur. Bu da tromboz riskini artırır və təkrar hamiləlik itkiləri ilə bağlı ola bilər.

Ekspert qeyd edir ki, bu genetik dəyişikliklər doğuşdan mövcuddur və valideyndən uşağa keçə bilər. Lakin digər faktorlar piylənmə, hamiləlik, hormonal müalicə, yaş və stres riskin reallaşmasına təsir göstərir.

Kolesnikova həmçinin vurğulayıb ki, F2 və F5 genlərinin yoxlanılması bəzi hallarda tövsiyə olunur. Məsələn, menopauza zamanı hormon terapiyası təyin olunarkən, venoz tromboembolik fəsad riskini qiymətləndirmək, travmatologiya və ortopediyada riskin müəyyənləşdirilməsi və iskemik insult hallarını araşdırmaq üçün bu analizlərdən istifadə edilə bilər.

Sadə desək, F2 və F5 genlərindəki mutasiyalar qanınızın daha tez laxtalanmasına səbəb olur və damar tıxanması riskini artırır. Bu səbəbdən, xüsusilə risk qrupuna daxil olan şəxslər həkimlə məsləhətləşməli və lazımi genetik testləri etdirməlidirlər.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri