Icma.az
close
up
RU
Qan qrupu erkən insult ehtimalına təsir edə bilər Yeni araşdırma

Qan qrupu erkən insult ehtimalına təsir edə bilər Yeni araşdırma

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlər müəyyən ediblər ki, qan qrupu insanın gənc yaşda insult keçirmə riskinə təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, "Neurology” jurnalında dərc olunan araşdırmaya görə, A (II) qan qrupunun müəyyən variasiyalarına sahib insanlar 60 yaşınadək insult keçirmə ehtimalına daha çox meyllidirlər.

Beynəlxalq alimlər komandası 48 genetik araşdırmanın məlumatlarını təhlil edib. Seçimə 18–59 yaş aralığında artıq insult keçirmiş təxminən 17 min pasiyent və bu problemi yaşamamış 600 minə yaxın insan daxil edilib. Analiz nəticəsində A1 altqrupu ilə erkən insult riski arasında aydın əlaqə aşkar olunub.

Xüsusilə müəyyən olunub ki:

A qrupunun daşıyıcıları 60 yaşınadək digər qruplarla müqayisədə 16% daha yüksək riskə sahibdirlər,

O1 qrupunun daşıyıcıları isə təxminən 12% daha az risk daşıyır,

B qrupu olanlarda isə risk təxminən 11% daha yüksəkdir.

Alimlər vurğulayırlar ki, A qrupu üçün riskin artması nisbətən kiçikdir və əlavə nəzarət tədbirləri və ya xüsusi müayinələr tələb etmir. Məsələn, araşdırmanın müəlliflərindən biri, Merilend Universitetindən professor Stiven Kittner bildirib:

"Biz hələ bilmirik ki, nəyə görə məhz A qrupu daha yüksək risklə bağlıdır, amma yəqin ki, bu, qanın laxtalanma xüsusiyyətləri, trombositlərin fəaliyyəti və damarları örtən hüceyrələrlə əlaqədardır”.

Əlavə analiz göstərib ki, A qrupu ilə insult riski arasındakı əlaqə yalnız 60 yaşa qədər insanlarda müşahidə olunur. Daha yaşlılarda isə bu asılılıq faktiki olaraq yoxa çıxır. Bu da o deməkdir ki, gənclərdə insult daha çox tromb yaranması amilləri ilə, yaşlılarda isə əsasən damarların aterosklerozu ilə bağlıdır.

Alimlər qeyd edirlər ki, nəticələrin daha dəqiq olması üçün gələcəkdə müxtəlif etnik qruplardan daha geniş miqyaslı tədqiqatlara ehtiyac var. Çünki indiki araşdırmada iştirakçıların əksəriyyəti Avropa mənşəli olub.

Nəticə olaraq, qan qrupu müəyyən dərəcədə insult riskinə təsir etsə də, bu, həlledici faktor deyil. Əsas risklər həyat tərzi, xolesterin, qan təzyiqi və siqaret çəkmə ilə bağlıdır.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri