Icma.az
close
up
RU
Qan sızan rəsmlər

Qan sızan rəsmlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Düz bir qərinə – 33 il əvvəl törədilmiş Xocalı faciəsi Azərbaycan incəsənətinin əksər sahələrində öz emosional bədii ifadəsini tapıb. Müxtəlif bölgələrdə xatirə-memarlıq kompleksləri inşa edilib, monumental heykəllər ucaldılıb, bu mövzuda kinofilmlər çəkilib, tamaşalar səhnəyə qoyulub, musiqi və ədəbi əsərlər yazılıb.

Milli təsviri sənətimizdə bu mövzu öz təcəssümünü yetərli qədər tapıb. Ən təsirli, geniş təsviri-nəqledici mahiyyətə malik tabloları rəssam Nazim Məmmədov işləyib. O,1992–2004-cü illərdə Xocalı faciəsi mövzusunda 40-dan çox rəngkarlıq və qrafika əsəri yaradıb. Əsasən multiplikator-rəssam, kitab tərtibatçısı və abstrakt rəngkarlıq tablolarının müəllifi kimi tanınan Nazim Məmmədov “Xocalı harayı”nı sənətkar qəlbinin harayı, düşüncəsi kimi təqdim edə bilib. Buraya məhv edilmiş şəhərin və onun sakinlərinin faciələrini böyük planda əks etdirən “Xocalının son günü”, “Xocalı od içində”, “Ata, oğul, ər! Bizi xilas edin!”, “Köməksiz Xocalı” kimi əsasən iri formatlı çoxfiqurlu kompozisiyalar daxildir. Elə tablolar da var ki, onlarda bir ailənin, yaxud hətta bir insanın faciələri öz əksini tapır. Bu əsərlərin təkcə adları – “Ailə əsirlikdə”, “Onu asıblar”, “Mən yetim qaldım”, “Qohumlarım həlak oldu, mənsə sağ qaldım”, “Xocalı Qavroşu”, “Körpənin ölümü” – onların süjetini çox dolğun ifadə edir. “26 fevral, gecə” tablosu üslubiyyatına görə abstrakt sənətə yaxındır, başqa birisi – “Bu qız üçün günəş Xocalıda batdı” tablosu forma quruluşu baxımından kubizmi xatırladır.

“Xilaskarı gözləyən gözlər” kompozisiyasında isə bir neçə ağlar qadın gözü, sanki, ağlayan buluda dönüb. Burda yüksək bədii sənətkarlıqla insan imkanlarının son həddində, dərin psixoloji sarsıntıların, tarıma çəkilmiş əsəblərin səbrlə, dözümlə çarpışdığı, baş-başa gəldiyi o mənəvi uçurum canlanır.

Türkiyədə yaşayan azərbaycanlı rəssam Məhəmməd Əliyev Xocalı mövzusunda təsirli tabloların müəllifidir. AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə onun haqqında yazır: “Rəssamın yaradıcılığında erməni vandalizminə qarşı etiraz xüsusi bir səhifə təşkil etmişdir. Azərbaycan xalqının fəryadı, acı səhnələri və dəhşətli mənzərələr onun əsərlərində əyaniliyi və yaddaqalanlığı ilə bədii əksini tapmışdır. M.Əliyev Xocalı faciəsini insanlıq tarixində dəhşətli faciələrdən biri sayaraq qəlb ağrısı ilə “Xocalı vəhşiliyi” tablosunu yaratmışdır. Anaların ahı, fəryadı duyulan bu əsərdə gecə, soyuq havada silahsız sakinləri işgəncə verib öldürən ermənilər vəhşi heyvan şəklində təsvir edilmişdir. Əsərdə diqqətçəkən bir detal da əlində sülh, əmin-amanlığı simvolizə edən göyərçin tutmuş uşaqdır. Həqiqətən də, daşıdığı mənasına görə çox təsirli bir bağlılıqdır. Uşaq əlində quşu tutaraq azad olmaq istəyir, ölmək istəmir, savaşmaq istəmir… M.Əliyev ermənilərin qabağına çıxan günahsız insanların bir neçəsini əlində bıçaqla verməklə Azərbaycanın igid oğullarının əyilməz qürurunu, mərdliyini, Vətənin keşiyində durduqlarını göstərməyə çalışmışdır. Əsərin bədii təsir gücü sayəsində hər tamaşaçıda günahsız insanlara mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır...

Məhəmməd Əliyevin soyqırımı ilə bağlı digər bir əsəri “Şəhid əsgər” adlı tablosudur. Rəssam bu əsəri şəhid olmuş xalası oğluna həsr edərək, “Torpaq, uğrunda ölən varsa Vətəndir” deyərək, kətan üzərində onu bir heykələ, şəhidlərin ölməz bir abidəsinə çevirir”. Rəssamın “Əsir əsgər”, “Xocalıda qadın qırğını” adlı əsərləri də acı, sarsıdıcı kədər, hüzn, iztirab və dramatik əhvali-ruhiyyə ilə doludur.

Uzun müddət Almaniyada yaşayan, lakin öz xalqının faciələrinə biganə qala bilməyən soydaşımız Əşrəf Heybətovun “Xocalı” pannosunda da buna bənzər emosional gərginlik, ağrı və kədər hissləri özünü göstərir. Bu monumental əsərin kolorit həlli öz ifadəsini qan-qırmızı və göy rənglərin təzadlı kəsişməsində tapır və dünyanın sonu – apokalipsis görüntüsü ovqatı yaradır.

İncəsənətdə Xocalı faciəsi təkcə rənglər yox, həm də daş, plastik obrazlar vasitəsilə öz təcəssümünü tapır. Bakıda, metronun “Xətai” stansiyası yaxınlığında memar Camal Rəşid Əlizadə, Əməkdar rəssam Aslan Rüstəmov və oğulları – Teymurla Mahmudun birgə işi olan “Ana harayı” abidəsi (2008) ən rəsmi və ən kütləvi ziyarət məkanına çevrilib. Heykəltəraşlar soyqırımı ideyasını son dərəcə lakonik və sadə vasitələrlə ifadə etməyə müvəffəq olublar. Qara mərmərlə üzlənmiş hündür postament üzərində üz-gözündə, duruşunda dərin kədər və hüzn əks olunan, irəliyə doğru uzatdığı əlləri üstündə öldürülmüş körpəsini saxlayan gənc ana fiquru ucalır. Postamentin aşağı hissəsində müəlliflər soyqırımı qurbanlarının xatirəsinə tuncdan tökülmüş əbədi qəbirüstü əklil yerləşdiriblər.

Xalq rəssamı, heykəltəraş Natiq Əliyev isə Mexikoda (2012), Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda (2012) və Ankarada (2014) Xocalı qurbanlarının xatirəsinə monumental abidələrin müəllifidir. Bu heykəllər maraqlı kompozisiya həlli, plastik formaların mütənasib quruluşu, dramatik məzmunu ilə seçilir.

Vaqif Ucatayın bütün dünyanı dolaşmış “Xocalı” plakatında köksünə xəncər sancılmış körpə təsvir olunub. Bu kompozisiya təsir gücünə görə soyqırımı mövzusunda işlənmiş ən riqqətli, yaddaqalan əsərlərdən biridir. Rəssam həmçinin dinc azərbaycanlıların erməni quldurları tərəfindən törədilən soyqırımına həsr olunmuş “Bax! Gör! Xatırla!” adlı qrafik əsərlər seriyası yaradıb. Burada heç bir rəssam təxəyyülü, mücərrəd bədii ümumiləşdirmə yoxdur – rəsmlərdəki dəhşətlər real olayları əks etdirir. 49 qrafik vərəqədən ibarət olan seriyada əks edilmiş tükürpərdici görüntüləri V.Ucatay möcüzə nəticəsində sağ qalaraq əsirlikdən qurtulmuş Xocalı sakinlərinin dilindən eşitdikləri əsasında işləyib.

Tanınmış qrafik rəssam Oqtay Quliyev və oğlu Vüqar Quliyevə də Xocalı mövzusu yad deyil. Oqtay müəllimin serial rəsmlərinin, az qala, hər birində dərin kədərə qərq olmuş milli geyimli qadınlar təsvir olunub. Vüqarın isə “Xocalı qaçqını”, “Qaçqın qadın”, “Təcavüz”, “Soyqırımı” qravüraları, eləcə də “Faciə” triptixi diqqət çəkir.

…Xocalı faciəsi təkcə azərbaycanlı rəssamların deyil, bir insan kimi bu dəhşəti kənardan biganəliklə seyr edə bilməyən xarici rəssamların yaradıcılığında da yer alıb. Fransız rəssamı Reno Baltzinger bu mövzuya ağ fonda qırmızı və qara rənglərlə işlənmiş bir neçə əsər həsr etmişdir. Rəsmlərdəki qırmızı və qara rənglər kətan üzərində axaraq ölüm və qan assosiasiyası yaradır.

Rəssamlar Ağəli İbrahimov, Sara Manafova, Mais Ağabəyov, Bəyim Hacızadə, Namiq Zeynalov, Rafiq Heydərzadə, heykəltəraşlar Sahib Quliyev, Xanlar Əhmədzadə, Zakir Əhmədov, Nəriman Məmmədov, Məmməd Rəşidovun Xocalı faciəsini əks etdirən işləri də sərgilər çərçivəsində nümayişlənir.

Bəli, təsviri sənət ustalarımız – rəssamlar, memarlar, heykəltəraşlar da öz əsərlərində ağrılara, itkilərə yaddaqalan “bədii güzgü” tutaraq, tarixi həqiqətləri rəngə, cizgiyə və bərk materiallara hopdurub, əbədiləşdiriblər. Onlar bu gün də yaşadıqları zamanın, şahidi olduqları hadisələrin bədii salnaməsini yaratmaqla tarix səhifələrinə çevirir, gələcək nəsillərə ötürürlər.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see190

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see114

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see113

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri