Icma.az
close
up
RU
“QAN VƏ GÖZ YAŞLARI...” “Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi...” AzPolitika onlayn siyasiictimai qəzet

“QAN VƏ GÖZ YAŞLARI...” “Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi...” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Orucun Milli Məclisin bugünkü iclasıbdakı çıxışını təqdim edirik:

Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia eləməsin. 2000-ci ildə Suxarto İndoneziyasından Qəzzafi Liviyasına, Səddam İrakından Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub.

Biz dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayırıq, lakin qum səhrasındakı Cümhuriyyəti dağıdanlara, min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, Allahü-əkbər sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik. Bizim də 1 illik hakimiyyətin sonu çadır şəhərcikləri və çiy kərpiclər məmləkəti olmuşdu.

Bir vaxtlar, Bismark millətini “dəmir və qan” şüarı ilə birləşdirdi. İndi bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır. Gürcülər çoxdandır Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 90-cı illərin yox, 30 il sonrakı xəyali Cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır. Ararat Mirzoyan 2 dekabrda Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın, İlham Əliyevin adını çəkmir, bizim terror mediamız və xalqsız cəbhəsizlər isə millətimizə soyqırım yaşadanları DTX təcridxanasına gətirən lideri necə tribunala verməkdən danışırlar. Görün, indi düşmən kimdir?

Adam mübarizəni ləyaqətlə aparar. 44 günlük müqəddəs müharibənin sonunda erməni Təhlükəsizlik katibi Baş nazirinə məktub yazır ki, bir xilas yolumuz var - Azərbaycanın əsas müxalifəti 8 noyabrı məğlubiyyət sayır. Qarabağı ermənilərə qaytarmağın yolu, Xalq Cəbhəsini hakimiyyətə gətirməkdir. Baxın, ermənilər siyasi tomoqrafiyanıza baxıb hansı planları qurur?!

İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki, tək qalib lideridir. Əsil xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar, bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki?... Bəlkə əksinə, məzlumiyyətə və əsarətə qarşı savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar! Çünki 100 faiz olmuşuq!

Vətən müharibəmiz etimad referendumu oldu. Sevilməyən Ali Baş Komandanla savaş qazanılmır. Bizim əsil Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən - 8 noyabrdan və 20 sentyabrdan hesablanmalıdır. Çünki Qalibiyyət Təqvimini və Yeni milləti yaradan Odur!

Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır!

Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var - Qələbəmizə müxalif olmayın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see266

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see229

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see214

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see177

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see177

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see147

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see141

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see120

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri