Icma.az
close
up
RU
Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi...

Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia eləməsin. 2000-ci ildə Suxarto İndoneziyasından Qəzzafi Liviyasına, Səddam İraqından, Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

“Biz dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayırıq, lakin qum səhrasındakı Cümhuriyyəti dağıdanlara, min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, Allahü-əkbər sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik. Bizim də 1 illik hakimiyyətin sonu çadır şəhərcikləri və çiy kərpiclər məmləkəti olmuşdu.

Bir vaxtlar, Bismark millətini “dəmir və qan şüarı” ilə birləşdirdi. İndi bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır. Gürcülər çoxdandır Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 90-cı illərin yox,  30 il sonrakı xəyali Cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır. 
Ararat Mirzoyan 2 dekabrda Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın, İlham Əliyevin adını çəkmir, bizim terror mediamız və xalqsız cəbhəsizlər isə millətimizə soyqırım yaşadanları DTX təcridxanasına gətirən lideri necə tribunala verməkdən danışırlar. Görün, indi düşmən kimdir?

Adam mübarizəni ləyaqətlə aparar. 44 günlük müqəddəs müharibənin sonunda Ermənistanın Təhlükəsizlik katibi Baş nazirinə məktub yazır ki, bir xilas yolumuz var-Azərbaycanın əsas müxalifəti 8 noyabrı məğlubiyyət sayır. Qarabağı ermənilərə qaytarmağın yolu Xalq Cəbhəsini hakimiyyətə gətirməkdir. Baxın, ermənilər siyasi tomoqrafiyanıza baxıb hansı planları qurur? 

İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki, tək qalib lideridir. Əsil xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar, bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki. Bəlkə əksinə, məzlumiyyətə və əsarətə qarşı  savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar! Çünki 100 faiz olmuşuq! 

Vətən müharibəmiz etimad referendumu oldu. Sevilməyən Ali Baş Komandanla savaş qazanılmır. Bizim əsil Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən-8 noyabrdan və 20 sentyabrdan hesablanmalıdır. Çünki Qalibiyyət Təqvimini və Yeni milləti yaradan Odur!

Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır!

Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var - Qələbəmizə müxalif olmayın!”,-komitə sədri deyib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri