Icma.az
close
up
RU
Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... Ulucay Akif

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... Ulucay Akif

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Əli Novruzovun "Sonuncu barista" hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Əli Novruzovun yeni hekayəsini oxudum. İstəyirəm elə tez-bazar, əlüstü bu mətn haqqında fikirlərimi deyib aradan çıxım, məlum, həftəsonudur, xeyli iş var, internetimi söndürüb qələbəliyin içinə qarışacam.

Lap əvvəldən onu deyim ki, yaxşı hekayədi, xoşuma gəldi.

Fikir vermişəm, bütün hekayələrimiz, romanlarımız keçmişi göstərir.

Zaman hər gün, hər saat bir az da sürətlənir və zaman sürətləndikcə dünya da, insanlar da, münasibətlər də sürətlə dəyişir, yenilənir, başqa forma alır.

Bəs biz yazıçılar (xüsusən də azərbaycanlı yazıçılar) bu sürətlə, bu dəyişiklilklərlə nə qədər ayaqlaşa bilirik?

Məncə, heç ayaqlaşmırıq.

Bizim əsərlərin əksəriyyətində müəllif geriyə, keçmişə boylanır, elə ancaq dünənindən nəsə eşib ortalığa çıxartmağa çalışır. Yəni ədəbiyyata çox sentimental, romantik yanaşırıq.

Elə bilirik ki, yazdığımız mətndə obraz bir-iki dəfə smartfonunu söndürüb yandırsa, kiməsə görüntülü zəng eləsə, ya mesaj yazsa, mətn müasirləşəcək, yeni olacaq.

Dünyada isə tamamilə fərqli mövzular, heç ədəbiyyatda təsəvvür edə bilməyəcəyimiz mövzular mətnə çevrilir, səs-küy yaradır. Çox uzağa getmirəm, elə sonuncu nobelçi Han Kanqın "Vegetarian" romanını nümunə çəkmək kifayətdir.

Bilirəm, Nobel etalon deyil, xeyli mübahisə də etmək bu mükafatın obyektivliyi haqqında... Amma, bəs nədir etalon? Bayatılar yazan hansısa Əflatun Çölçəmənlinin fikirləri etalondur? Niyə?

Sözüm odur ki, gələcəyin göstərildiyi mətnləri də yazmaq lazımdır.

Yazıçı ancaq geriyə, keçmişə boylanmamalıdır. Gələcək də yazı predmetidir. Bəlkə də, ən böyük mövzular ilə gələcəkdədir.

"Sonuncu barista" hekayəsində müəllif bu mövzulardan birini tapıb, yazıb.

Bəyənmədiyim şey o oldu ki, çox tələsib müəllif. Mənə elə gəldi. Axıcı, yüyrək dillə yazılmış mətn ayrıdır, tələsik yazılmış mətn ayrı.

Ən əsası, duyğudan, hissdən arınmış mətn çox elektronik görünür. Bu hekayədə müəllif hansısa duyğunu ötürə bilməyib. Bəlkə, özü bunu istəməyib, cəhd etməyib, bilmirəm. Amma mətn duyğudan bu qədər xali olmamalıdır. Əli Novruzov dediklərimi yadırğamasın, söhbət bər-bəzəkli cümlələrdə, metaforalarda, epitetlərdə deyil, təkcə Əkrəm Əylislinin ürəyi yoxdur ki... Biz də bilirik, ürək yaman şeydir.

Niyazinin mənzil-muzeyində musiqili görüşlərə başlanılıb İnqilabçı, leninçi, millətçi və "xalq düşməni" - Ermənilər ondan nə istəyirdi? Məşhur muzeyi partladıb soydular
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri