Icma.az
close
up
RU
ANALARIN İZLƏRİ GÖYƏRDƏN GÖZ YAŞLARI

ANALARIN İZLƏRİ GÖYƏRDƏN GÖZ YAŞLARI

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

(REKVİYEM)

Dünya şöhrətli alim Rafiq Əliyevə görə, insan vicdanından qırağa bilməyəndir. Teymur bunu gəncliyində amalı, əqidəsi, Vətən sevgisi ilə təsdiq etdi. Onu Moskvanın cazibədarlığı, suyuşirin, dodağı təbəssümlü, gözləri xumar, təbəssümlü, danışığı, ünsiyyəti ilə hər gənci yolundan döndərə bilən qızları da fikrindən çəkindirə bilmədi. Bilməzdi də. Axı vicdan həm də daxili MƏNdir. MƏN insanlığın birinci kriteriyasıdır. Teymur da MƏNin diqtəsindən və hökmündən çıxa bilməzdi.

Akademik Ziya Bünyadovun bir deyimini unutmuram: "Həyatımda hiss etmədiyim yeganə şey qorxudur". Mən Teymuru heç vaxt görməmişəm. Qardaşları Sehranın və Seymurun xatirələrini dinləyəndən sonra qorxunu hiss etməməyi Teymura da xas xarakter kimi qəbul etmişəm. Bu xarakteri Teymurun qısa -25 illik mənalı və heç vaxt unudulmayacaq ömrünün məqamlarında həssas insanlar hiss edə bilərdi.

Ürəyimdən bir arzu keçdi. Kaş Teymur sağ olaydı, lap elə günü bu gün qayıdaydı, 33 illik ayrılıqdan sonra doğmalarının gözünü yolda qoyan yollardan gözümüz çəkilərdi. Qayıtdı. Gözlərimiz yollardan çəkiləcəkmi? Dünyada ən uca zirvə anadır...

Dilimin ucunda Nüsrət Kəsəmənlinin iki misrasını vird etdim:

Analar yollara göz yaşı səpir,

Bəlkə izləriniz göyərdi deyə.

Göyərdi də. Ancaq nə deyək əzmli, dözümlü, ümidi heç vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?

Teymur, sən həmişə mənim gözümdə Sehranın çəkdiyi portretdəki kimi qalacaqsan - qartal baxışlı, ciddi. O baxış da yağıya gözdağıdı. Alman xalq məsəlinə görə, cəsarətlinin baxışı, qorxağın qılıncından itidir". Sehran həssasdı, o baxışı görməyə bilməzdi.

Qarabağ həsrətlisi şair Şahmar Əkbərzadə haray çəkirdi: "Bəs ölmüş torpağı harda basdıraq?" Biz torpağı basdırmadıq. Teymur kimi oğullar buna imkan vermədi. Çünki torpaq onlara daha çox lazım idi - qoynunda əbədiyyətə qovuşmaq üçün. Ona görə şəhidlər ölməzdir...

Musa Yaqubun arzusu Vətən olmaq idi:

Öləndə qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

Ona görə də bu torpaqdan Teymurlar göyərir və göyərəcək...

Vaqif Osmanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri