Qana nümayəndə heyətinin üzvü: Maliyyənin böyük hissəsini inkişaf etmiş ölkələr ödəməlidir
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
"Atmosferi daha çox inkişaf etmiş ölkələr çirkləndirdiyi üçün iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan vəsaitin böyük bir hissəsini də onlar ödəməlidir".
APA-nın xəbərinə görə, Qananın COP29-da iştirak edən nümayəndə heyətinin üzvü Erik Kofi Afornorpe deyib.
Onun qənaətincə, ayrılması nəzərdə tutulan 250 milyard dollar həqiqətən də bu problemin çox ciddi təsir etdiyi ölkələrə istiqamətləndirilməlidir: "COP29 çərçivəsində maliyyələşmə məsələsi ətrafında razılaşma mütləq əldə edilməlidir. Qeyd edim ki, inkişaf etmiş ölkələr atmosferə daha çox zərərli qazların buraxılmasına, atmosferin çirkləndirilməsinə səbəb olur. Bu səbəbdən də maliyyənin böyük bir hissəsini onlar ödəməlidir. Biz demirik ki, pul var ya yoxdur, biz deyirik ki, pul mütləq tapılmalıdır. Onlar bu məsələdə mütləq razılıq əldə etməli, prioritetlər müəyyən olunmalıdır. Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə də uzunmüddətli razılıq əldə edilməlidir. Hesab edirəm ki, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizə məsələsini, ekoloji böhranı özlərinin prioriteti elan etməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















