Icma.az
close
up
RU
Qanlı və ölümcül münaqişələrə son

Qanlı və ölümcül münaqişələrə son

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan Prezidenti İlham Əliyevin, "Zayed İnsan Qardaşlığı" Mükafatı təqdim olunarkən etdiyi çıxışda, “ölümcül münaqişə” ifadəsi tarixin bütün qanlı, vəhşi və acımasız münaqişələrinə aiddir. Çünki insan dəyərlərinə hörmət və insan haqlarına sayğı, bütün siyasi etikaya malik liderlərin ilk növbədə əməl etməli olduğu vəzifədir.
Bəli, İlham Əliyevin böyük siyasi etikası və müasir dünya düşüncələrinin incə mexanizmlərini mükəmməl izləməsi və onun böyük intellekt sahibi olması bu münaqişəyə ədalətli şəkildə son qoyaraq dünyanın ədalət fəlsəfəsinə yenilik gətirdi. Çünki əvvəlki dövrlərdə münaqişə bir neçə beynəlxalq təşkilatın fəaliyyət proqramında olsa da, nəticə əldə olunmamışdı. Lakin ədaləti Azərbaycan xalqı, ordusu və diplomatiyası bərpa etdi. İnsanlarımızın yüz illərlə tapdanmış, işğal olunmuş hüquqlarını azad etdik. Bu, bizim ən şərəfli tariximizdir və bu tarixi yazanlarla fəxr edirik. Siyasi etikanın əsasını dövlətin mövcudluğu və suverenliyi təşkil edir. Dövlətçilik bizim qırmızı xəttimizdir. Biz siyasətçinin, diplomatın, liderin, sərkərdənin dövlətə, soy-kökə, millətin milli kimliyinə və siyasi şəxsiyyətinə ehtiramını qazandığımız uğurlarla gördük. Bu baxımdan bizim üçün İlham Əliyev dünyanın bütün mükafatlarına layiq oldu.
Ancaq əsas məsələ onun xalqın qəlbində qazandığı mükafatdır. O mükafat, xalqımızın öz torpağına münasibətindən, dövlətinə bağlılığından və vətəninə sevgisindən yaranan Azadlıq mükafatıdır. İlham Əliyev məhz bu mükafatı qazandı.Bütün bu sadalananlar, ölkə başçısının atdığı qürurlu addımlar nəticəsində beynəlxalq tribunalarda böyük sayğı ilə qarşılanmasının yaratdığı baxış bucaqlarıdır. Dövlət bizim, vətən bizim, qürur bizim, liderimiz bizimdir.
Uğurların bol olsun, Azərbaycan!
Müstəqil Azərbaycan dövlətinin siyasi etikası dünya ölkələrinin bir çox dövlət başçıları üçün nümunə oldu və biz bunun şahidi olmuşuq. Bu gün bəzi gəvəziyənlər, xəyanət edənlər və dövləti satanlar əslində özlərini satıblar. Dövlətimizi elə qoruyurlar ki, sizin fitnə metodlarınızın heç bir əhəmiyyəti yoxdur.
Xaricə oynamaq etik iflasdır. Üstəlik, bu gün hələ geosiyasi təzyiq altında qalırıq və belə cəhdlər gələcəkdə də olacaq. Belə dövrdə, xarici mərkəzlərdən maliyyələşən, ölkəni xarici mediaya şikayət edən, daxili problemləri beynəlxalq şantaja çevirən və cəmiyyətin emosiyalarını istismar etməyə cəhd edən, qorxu və nifrət üzərindən nəsə əldə etməyə çalışanlar bilin ki, sizin bu davranışlarınız siyasi əxlaqsızlıqdır.
Artıq xalq, kütləni illərlə boşuna arxasınca sürükləmək istəyənləri tarixin arxivinə atıb.
Bu gün məsuliyyəti üzərinə götürən bir siyasi sistem mövcuddur və həmin sistemin başında İlham Əliyev dayanır. Sizin dağılmış qalıqlarınız isə artıq çürüyüb.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri