Icma.az
close
up
RU
Qanlı Yanvar hadisələri dönüş nöqtəsi hesab olunur

Qanlı Yanvar hadisələri dönüş nöqtəsi hesab olunur

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“1990-cı il yanvarın 1-də Sovet ordusunun Bakıda qadın, uşaq və yaşlı ayrı-seçkiliyi olmadan törədilmiş qətliamın qurbanları hər zaman yad edilir. Tarixə “Qanlı Yanvar” kimi düşmüş qətliamın acısından illər keçməsinə baxmayaraq, bütün azərbaycanlıların yaddaşında dünən olmuş kimi qalıb”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “İllər keçsə də Azərbaycanda da qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk olunmuş Qanlı Yanvar hadisələri keçmiş sovet əsarətindən sonra müstəqilliyin əldə olunmasında dönüş nöqtəsi hesab olunur.

Qanlı Yanvar hadisəsi keçmiş Sovet İttifaqının dağılmasını sürətləndirdi və azərbaycanlılarda müstəqillik hissini alovlandırdı. 1980-ci illərin sonunda ermənilər Azərbaycandan qopmaq üçün fəallıqlarını artırdılar və 1989-cu ilin dekabrında Ermənistan Sovet Respublikasının Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.

Azərbaycanlılar bu qərara reaksiya verdi və Bakıda yüz minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi. Ermənilərin artan torpaq tələblərinə reaksiya vermək üçün Bakının Azadlıq Meydanına axışıldı, Sovet kəşfiyyatı Televiziyanın enerji təminatçısı partladıldı. Axşam saatlarında 26 minlik sovet ordusu zirehli texnika ilə 5 istiqamətdən Bakıya daxil oldu.

Sovet ordusu onların qarşısını almağa çalışan silahsız dinc əhalinin üzərinə güllə yağdıraraq şəhərə çatdı. Tanklar və ağır zirehli maşınlar insanların üzərinə sürülüb, təcili yardım maşınları və sərnişin avtobusları atəşə tutulub. Həmin gecə Bakıda 130 dinc sakin həyatını itirdi. Hadisələrdə 744 nəfər yaralanıb, 400-ə yaxın insan sovet ordusu tərəfindən saxlanılıb.

Sovet hökuməti Bakıda fövqəladə vəziyyət elan etsə də, şəhər tamamilə sovet ordusunun nəzarətinə keçsə də, xalq yenidən küçələrə axışıb və şəhidlərin dəfn edilməsi işinə başlayıb. Dəfn mərasimlərini 1 milyona yaxın insan müşayiət edib. Azərbaycan şəhidləri bizim dərdimizdir. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı verirəm. Yaşasın, Azərbaycan və Türkiyə qardaşlığı”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri