Icma.az
close
up
RU
Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6 sı Haftoni meşəsində qətlə yetirilib

Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6 sı Haftoni meşəsində qətlə yetirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran, 26 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC

Sovet ordusunun hərb maşını 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğından sonra – yanvarın 26-da Lənkəranda da oxşar hadisələr yaşandı. Yanvar hadisələri zamanı Lənkəran 11 şəhid verdi. Onlardan 5-i Bakıda, 6-sı isə Lənkəranın Haftoni meşəsində qətlə yetirildi.

AZƏRTAC xəbər verir ki, sovet hərbiçiləri Lənkəranda da dinc əhaliyə divan tutmaqla, hədə-qorxu gəliblər. Bunu görən özünümüdafiə batalyonunun üzvləri şəhərdə baş verə biləcək qırğının qarşısını almaq üçün Haftoni meşələrinə çəkilib. Həmin qanlı günlərin şahidi olan Hicran Əsədov deyir ki, yanvarın 26-da saat 15 radələrində sovet ordusunun xüsusi təyinatlıları meşəyə yeridilib: “Onlar silahlı idilər, bizə güllə atmağa başladılar. Həmin vaxt 5 şəhid verdik, yaralananlarımız oldu. Təslim olduqdan sonra əl-qolumuzu bağladılar. Bizi vertolyotla türməyə aparanda Tariyel boğularaq şəhid oldu”.

Həmin günlərdə yaşanan hadisələrin digər iştirakçısı isə Aftandil Vəliyevdir. Onunla da söhbət edirik. O günləri yenidən yada salaraq deyir ki, sovet hərbçiləri meşədə onu da saxlayaraq, əl-qolunu bağlayıblar. “Həmin hadisələri unuda bilmirəm. Hər dəfə yadıma düşəndə sanki yenidən o günləri yaşayıram. Allah xalqımıza bir də faciələr yaşatmasın”, - deyən Aftandil Vəliyev şəhidlərimizin bizim üçün qürur yeri olduğunu söyləyir.

Sovet rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, mübarizə əzminin qırılmaz olduğunu, bir yumruq kimi birləşə bildiyini sübut etdi.

Qanlı Yanvar günlərində şəhidlik zirvəsinə ucalan 11 lənkəranlının adı şəhərin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Hər il minlərlə sakin bu müqəddəs məkanı ziyarət etməklə, onların xatirəsini anırlar.

Müəllim Rahim Şiriyev bildirir ki, şəhidlərimizin məzarlarını ziyarət etmək, onların qəhrəmanlıqlarını xatırlamaq hər birimizin vətəndaşlıq borcudur: “Bu günləri unutmamışıq və unutmamalıyıq. Şəhidlərimizi yad etmək, şagirdlərimizə onların qəhrəmanlığından danışmaq borcumuzdur. Şagirdlərimiz də qəhrəmanlarını tanımaq üçün maraq göstərirlər. Şagirdləri Şəhidlər xiyabanına gətirib, onlara şəhidlərimizin qəhrəmanlıqlarından danışırıq. İnanıram ki, bizim gənclərimiz də onlar kimi vətənpərvərdirlər və bu Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri