“Qanun” nəşriyyatının tərcüməçisi dağda öldü Araşdırma aparılır
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı, Z.Muradovun ölümündə müəmmalı məqamların olduğu və bu barədə aidiyyəti qurumlara məlumat verildiyi əlavə edilib.
Əldə etdiyimiz məlumata görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Muradov Ziya Fazil oğlu avqust ayının 2-də Quba rayonunun Xanagah kəndində vəfat edib. Onun infarktdan öldüyü qeyd edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Avqust 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















