Qanun təsdiqləndi: Azərbaycanda kazino fəaliyyəti belə təşkil ediləcək VACİB NÜANSLAR KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar iclasında süni torpaq sahələrində kazino fəaliyyətini leqallaşdıran qanun layihəsini üçüncü oxunuşda qəbul edib”.
Bu fikirləri KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə səsləndirib:
Turan Abdullazadə
“Qanun layihəsinə əsasən, Azərbaycanda kazinolar yalnız Xəzər dənizində yaradılmış süni torpaq sahələrində təşkil oluna bilər. Kazinoların təşkilatçısı yalnız hüquqi şəxs ola bilər və onların fəaliyyətinə ancaq xüsusi lisenziya əsasında icazə veriləcək. Eyni zamanda, bu fəaliyyətin bütün mərhələlərində (lisenziya alınmasından başlayaraq iş prosesinə qədər) dövlət nəzarəti tətbiq olunacaq.
Qanun maliyyə əməliyyatlarında şəffaflıq tələblərinin qorunmasını da zəruri sayır. Kazino oyunlarında yalnız 21 yaşdan yuxarı şəxslərin iştirakı nəzərdə tutulur. Qanunda eyni zamanda virtual, yəni onlayn kazinoların fəaliyyəti tamamilə qadağan edilir.”
Hüquqşünas vurğulayır ki, bu qanun həm hüquqi tənzimləmə baxımından, həm də iqtisadi və sosial təsirlər baxımından mühüm yenilikdir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















