Icma.az
close
up
RU
“Qanuni oğru” Zviad Ozmaniana verilən hökm ləğv edildi

“Qanuni oğru” Zviad Ozmaniana verilən hökm ləğv edildi

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dördüncü Apellyasiya Məhkəməsi kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan “qanuni oğru” Zviad Ozmaniana çıxarılmış hökmü ləğv edib. O, cinayət iyerarxiyasında ən yüksək mövqeni tutmaqda təqsirli bilinərək xüsusi rejimli həbsxanada 11 il 1 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Gununsesi.info  lent.az-a istinadən xəbər verir ki, cinayət işi ərazi aidiyyəti qaydalarının pozulması səbəbindən Nijni Novqorod vilayət prokuroruna qaytarılıb.

İş Zviad Ozmanian Orenburq həbsxanasından Nijni Novqoroda gətirilməzdən əvvəl başlanıb. Bundan əvvəl isə o, Rusiyanın daha dörd regionunda cəzaçəkmə müəssisələrində saxlanılıb.

Məhkum təqsirini etiraf etməyib və 2019-cu ildə kriminal statusundan imtina etdiyini bildirib. Hökm ləğv olunsa da, o, həbsdə saxlanılıb.

Qeyd edək ki, o, aprel ayında Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi — cinayət iyerarxiyasında ən yüksək mövqeni tutma maddəsi ilə təqsirli bilinmişdi.

Zviad Ozmanian 11 fevral 2013-cü ildə Moskvada Temuri Mirzoyev, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev, Gizo Kardava və digər kriminal avtoritetlər tərəfindən “qanuni oğru” elan edilib. Prokurorluğun məlumatına görə, Zviad Tbilisski özü də Türkiyə və Rusiyada daha 15 “qanuni oğru”nun “tacqoyma” mərasimində iştirak edib.

Moskva Daxili İşlər Nazirliyi də vaxtilə bildirmişdi ki, kriminal avtoritet paytaxtda soyğunçuluq və oğurluqla məşğul olan etnik cinayətkar qruplaşmalara nəzarət edib.

Məhkəmə prosesində o, “oğru tacı”ndan hələ 2019-cu ildə imtina etdiyini və kriminal aləmin bundan, o cümlədən KİV-dəki məlumatlar vasitəsilə xəbərdar olduğunu bildirib.

Müttəhim iddia edib ki, Cinayət Məcəlləsinin 210.1-ci maddəsinə əsasən kriminal statusdan könüllü imtina onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. O, həmçinin digər məhbuslara nəzarət etməsinin mümkün olmadığını deyib, çünki xüsusi sərt şəraitdə, videomüşahidə altında olan təkadamlıq kameralarda və rabitə vasitələri olmadan saxlanılıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararaq faktiki olaraq onun “qanuni oğru” statusunu tanıyıb.

Həmçinin o, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları tərəfindən “oğru” adından məhrum edilib. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.v

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Avqust 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri