Qanunsuz ağac kəsən şəxs 2200 manat məbləğində cərimələndi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.
Bu barədə Milli.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub.
"Faktla bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib".
Milli.Az
Baxış sayı:129
Bu xəbər 06 Mart 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















