Icma.az
close
up
RU
Qanunsuz ağac kəsənlərə kömək edənlər də... Mühüm qərar

Qanunsuz ağac kəsənlərə kömək edənlər də... Mühüm qərar

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunsuz ağac kəsmə cinayəti ilə bağlı qərar qəbul edib.

Bu barədə Axar.az-a məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Məlumata görə, işin hallarına görə, şəxslər meşə fonduna daxil olmayan Qusar rayonu Quxur-oba kəndində ağacları qanunsuz kəsərək, cəmi 1830 manat təşkil edən təbiətə xeyli miqdarda ziyan vurublar. Birinci instansiya məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 259.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 259.1-ci maddəsinə tövsif edilib, CM-in 32.5, 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.

Apellyasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya protesti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmə məhkəmə qərarı ilə hazırkı cinayət işində məhkumların əməlində əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi əlamətinin, eyni zamanda, bunun davamı olaraq birgə icraçılığın olub-olmaması məsələsinə aydınlıq gətirib.

Aşağı instansiya məhkəmələri həm qabaqcadan əlbir olan bir qrup şəxsin, həm də birgə icraçılığın mahiyyətini qəbul etdikləri məhkəmə qərarlarında düzgün şərh etməmiş, Konstitusiya Məhkəməsinin qərarına düzgün istinad etməmiş, nəticədə məhkumların əməlinin tövsifində yanlışlığa yol veriblər. Belə ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Buna görə də cinayətdə icraçılıq fəaliyyəti həm də Cinayət Qanununun Xüsusi hissəsinin dispozisiyasında göstərilən əməli tam, yaxud da qismən icra edən, habelə cinayətin törədilməsi prosesində icraçıya bilavasitə kömək edən şəxslər də cinayətin icraçıları sayılırlar.

Sübutlardan da görünür ki, hər iki məhkum cinayət hadisəsi baş verməmişdən öncə bir yerdə olmuş, hər iki şəxs qanunsuz ağac kəsmək üçün getdiklərini bilmiş, zaman və məkan baxımından bir yerdə olmuşlar. Qərarda cinayətin obyektiv cəhətinin xüsusiyyətləri açıqlanmış, onun fakültativ və zəruri əlamətləri göstərilmişdir.

İşin hallarından göründüyü kimi, ağaclar motorla işləyən mişarla kəsilmişdir. Həmin mişar da ağacın kəsilməsi anında yalnız bir şəxs tərəfindən istifadə oluna bilər. Yəni iki şəxsin eyni zamanda mişardan istifadə etməsi fiziki cəhətdən mümkün deyil. Eyni zamanda həm istintaq orqanının, həm də məhkəmələrin müəyyən etdiyi işin hallarından da görünür ki, hər iki məhkum ağacların kəsilməsi ilə bağlı qabaqcadan razılığa gəlib, mişarı da birlikdə özləri ilə daşımaqla birlikdə hadisə yerinə gətirib və hazırki ağac kəsmədən ibarət cinayət hadisəsi törədilib.

İşin faktiki hallarından da göründüyü kimi, hər iki şəxsin niyyətinin, məqsədinin ağac kəsmə olmasına baxmayaraq, yalnız məhkum X1 ağacları mişarla kəsməsi, digər məhkum X2-in isə ağacları daşıması əsasında rolların icraçı və köməkçi kimi qiymətləndirirək birgə icraçılığı istisna etmək, iştirakçılığın məram və məqsədinə zidd olub. Aşağı instansiya məhkəmələrinin məhkumların əməlinin tövsifində yanlışlığa yol verməsinin əsas səbəbi “qabaqcadan əlbir olan bir qrup şəxs” analayışı ilə “icraçı” və “köməkçi” anlayışlarını eyniləşdirmək, eyni zamanda, cinayətin köməkçisinin də qabaqcadan əlbir olan bir qrupun üzvü olmasının mümkünlüyünü nəzərə almaması ilə bağlı olub. Belə ki, məhkumların cinayət əməli törədərkən rollarının təşkilatçı, təhrikçi, icraçı və köməkçi kimi fərdiləşdirilməsi cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsinə maneə olan hal deyildir. Yəni iki şəxs cinayət əməli törədərkən biri icraçı, digəri isə köməkçi olduqda da həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsi mümkündür. Qabacadan əlbir olan bir qrup halında birləşərək zaman və məkan baxımından eyni vaxtda, eyni yerdə olan şəxslərin vahid niyyətlə, rolları dəyişməklə cinayət əməlinin obyektiv cəhətini (hazırki halda ağac kəsmə) icra etməsi, əməli qabaqcadan əlbir olan bir qrup halından çıxarmaz və iki subyektən birini icraçı, digərini isə köməkçi kimi qəbul etmək olmaz.

Qeyd edilməsi zəruridir ki, CM-in 259.1-ci maddəsinin obyektiv cəhəti “qanunsuz ağac kəsmə (götürmə)” olmasına baxmayaraq, burada cinayət əməlinin icraçısı yalnız bilavasitə ağacı kəsən deyil, həmçinin hər bir işin hallarından asılı olaraq kənarda dayanaraq hadisə yerinə gələn şəxslər barədə qrupun digər üzvlərinə məlumat verən, qrupun digər üzvünü (üzvlərini) sığortalayan, əli ilə və ya iplə, başqa alətlə ağacın kəsilməsini asanlaşdıran, ağacın lazım olan istiqamətə aşmasına yardımçı olan, kəsilmiş və ya doğranmış ağacları kəsildiyi yerdən başqa yerə daşıyıb aparan şəxsdə icraçı hesab olunmalıdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ali Məhkəmənin Cinayət kollegiyasının qərarına əsasən, kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri