Icma.az
close
up
RU
Qanunsuz evlər hansı halda sökülə bilər?

Qanunsuz evlər hansı halda sökülə bilər?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkədə çıxarışı olmayan evlərin sayı on minlərlədir.

Məhz mətbuatada son dövrlərdə tez-tez qanunsuz tikililərin müvafiq qurumlar tərəfindən sökülməsi məlumatlarına rast gəlirik.

Maraqlıdır, qanunsuz evlər hansı hallarda sökülə bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, sənədsiz evlərdə müəyyən rəsmi sənəd olsa da, rəsmiləşdirmə tam deyil, qanunsuz evlər isə başqasının torpağında tikilir:

"Ümumiyyətlə, bu məsələdə sənədsiz evlər və qanunsuz evlər arasında aparılmalıdır. Sənədsiz evlər şəxslərin müəyyən ilkin sənədləri var. Belə ki, icra hakimiyyətinin sərəncamı, bələdiyyə arasında alğı-satqı müqaviləsi.

Amma evin tikintisi ilə bağlı və ya tikintisindən sonrakı səbədləşdirmələr düzgün aparılmayıbsa, bu artıq sənədsiz evlər hesab olunur. Qanunsuz tikililərlər isə onlara məxsus olmayan torpaqların üzərində şəxslər tərəfindən tikilmiş evlərdir. Təbii olaraq, bu torpaqların mülkiyyətçiləri var.

Bu ya fiziki şəxslərdi, ya da bələdiyyə və dövlət mülkiyyətçisidir. Belə olan təqdirdə müxtəlif hüquqi nüanslar yaranır. Hər birinin həlli də fərqli formadadır".

Onun sözlərinə görə, özbaşına söküntülər qanunsuzdur:

"Bugünkü gündə məhkəmələrin icraatında bu tip işlər var ki, şəxslər digər şəxslər qarşı onların torpaqlarının zəbt olunması həddi üzərində fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı iddialar qaldırıb. Həmin tikintilərlərin sökülməsi, həmin evlərdən çıxarılması ilə bağlı tələblər var.

Amma birbaşa söküntünün həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdən kifayət qədər məlumatlara rast gəlirik.

Məsələn, dövlət orqanları və yaxud fiziki şəxslər özləri heç bir rəsmi sənəd olmadan, onların torpağında tikilmiş əmlakları sökülməsi ilə bağlı tədbirlər həyata keçirirlər. Bu təbii olaraq, qanunsuzdur".

O bildirdi ki, qanunsuz tikililərin sökülməsi yalnız məhkəmə qərarı ilə mümkündür:

"Məsələnin hüquqi yolu şəxs öz mülkiyyət hüququ təsdiq edən sənədlərlə bərabər, hüquqi şəxs, bələdiyyə, dövlət orqanı məhkəməyə müraciət etməlidi.

Məhkəmə qaydasında sübut etməlidir ki, həmin ərazi ona məxsusdur. Həmin ərazidə tikintilərlər qanunsuz tikintidi, heç bir rəsmiləşdirmə aparılmadan, onun icazəsi, xəbəri olmadan tikilib.

Əmlakın sökülməsi, həmin şəxslərin oradan çıxarılması ilə bağlı qərarın verilməsini məhkəmədən xahiş etməlidir.

Məhkəmə bu işləri araşdırır, müvafiq orqanlara sorğular verir, ekspertizalar təyin edir. Bundan sonra işin nəticəsinə uyğun olaraq qərar qəbul edir. Həmin qərarda iddia təmin və ya rədd və yaxud qismən təmin edilə bilər.

Məhkəmə qərar qəbul etmədən həmin tikintilər sökməyə heç kimin ixtıyarı yoxdur. Yeni məhkəmənin qətnaməsinə uyğun olaraq hərəkət edilməlidir. Yalnız məhkəmə qərarı ilə bu proses həyata keçirilən bilər".
Gülər 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri