Qanunsuz heyvan kəsiminə qarşı monitorinqlər davam etdirilir FOTOLAR
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.
Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















