Icma.az
close
up
RU
Qanunsuz mərc oyunları keçirən dəstə tutuldu │ VİDEO

Qanunsuz mərc oyunları keçirən dəstə tutuldu │ VİDEO

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “1xBet” platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək “1xBet” saytı üzərindən “BakuCash” profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən “Telegram” tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar insanların maddi ziyana məruz qalmasına, və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara “1xBet” və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik", DİN-dən bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyun 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri