Icma.az
close
up
RU
Qanunsuz miqrantlar istənilən ölkə üçün potensial təhlükədir EKSPERT

Qanunsuz miqrantlar istənilən ölkə üçün potensial təhlükədir EKSPERT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Gürcüstan hökuməti bu kimi halların qarşısını almaq üçün effektiv yollar axtarır


 Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb. Bu barədə “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.

Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək. 


"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, deputat  Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, hər bir dövlətin təhlükəsizlik siyasətində qanunsuz miqrasiyaya qarşı mübarizə vacib elementlərdən biridir. Deputatın fikrincə, qanunsuz miqrantlar istənilən ölkə üçün potensial təhlükə hesab olunur və ictimai asayişin qorunması baxımından risk daşıyırlar: “Rusiyanın paytaxtı Moskva şəhərindəki ‘Crocus City Hall’da baş verən terror aktı bilavasitə Tacikistandan olan qanunsuz miqrantların iştirakı ilə törədilmişdi. Bu fakt sonradan Rusiya hökumətinə miqrasiya siyasətini daha da sərtləşdirmək üçün əsas verdi”.


A.Allahverənov həmçinin bildirib ki, son zamanlar Gürcüstanda baş verən hökumət əleyhinə etiraz aksiyalarında da miqrantların fəal iştirakı müşahidə olunub. Onun sözlərinə görə, bəzən bu miqrantlar ölkəyə qanunsuz yollarla daxil olur və etirazlara sistemli şəkildə cəlb olunurlar: 

“Gürcüstan hökuməti bu kimi halların qarşısını almaq üçün effektiv yollar axtarır. Məqsəd – təhlükə mənbələrini minimuma endirmək və mülki asayişin pozulmasının qarşısını almaqdır. Qanunsuz miqrantların ölkədən çıxarılması, eyni zamanda, xarici təsirlərin azalmasına da xidmət edir”.

Bu dəyişikliklərin Azərbaycan vətəndaşlarına təsirinə  gəldikdə isə deputat qeyd edib ki, dəyişikliklər qanunsuz əsaslarla Gürcüstan ərazisində yaşayan bütün miqrantlara şamil olunacaq. Qalma müddəti və təqdim ediləcək sənədlərlə bağlı tələblər sərtləşdirilsə də, bu, Gürcüstana qanuni əsaslarla səfər edən Azərbaycan vətəndaşları üçün heç bir təhlükə törətmir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri