Qanunsuz saxlanılan odlu silahlar götürülüb
Xalq qazeti-dan verilən məlumata görə, Icma.az xəbər verir Qanunsuz saxlanılan odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Fevralın 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 28 tüfəng, 1 patron darağı və 118 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ
