Icma.az
close
up
RU
Qanunsuz tikilən evlərin hamısına sənəd veriləcək? NAZİR DANIŞDI

Qanunsuz tikilən evlərin hamısına sənəd veriləcək? NAZİR DANIŞDI

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyasında deyib.

Nazir bildirib ki, 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu prosesi ilə bağlı ciddi çağırışlarla üzləşib:

"Bununla yanaşı, Azərbaycan ərazilərinin işğalı və qaçqın axını ölkəyə böyük təzyiq göstərirdi. Azərbaycanlıların Ermənistandan qaçqın düşməsi, eləcə də insanların işğal olunmuş ərazilərdən məcburi köçkün düşmələri vəziyyəti daha da ağırlaşdırdı. Miqyası təsəvvür etmək üçün qeyd edim ki, 1994-cü ildə Azərbaycanın iqtisadiyyatı 1991-ci ildəki səviyyənin cəmi üçdə biri qədər idi. Təbii ki bu da əlavə sosial və iqtisadi təzyiqlər yaradırdı".

M.Cabbarov əlavə edib ki, sonrakı onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan ilk məcburi sosial miqrasiya dalğası da o vaxtkı vəziyyətə təsir göstərirdi:

"Bütün bunlar əhali artımı fonunda baş verirdi. Çünki müstəqillik əldə edilən dövrdə ölkə əhalisinin sayı təxminən 7 milyon nəfər olsa da, 25 il ərzində bu rəqəm 10 milyona çatdı. Yəni ümumi mənzərə belə idi: ölkə əhalisinin təxminən üçdə biri qaçqın və ya məcburi köçkün idi, əhali sürətlə artırdı və ölkə eyni zamanda ciddi sosial-iqtisadi problemlərlə üz-üzə qalırdı".

O müzakirə olunan mövzu ilə əlaqədar bildirib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib:

"Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər"./"Yeni Sabah"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri