Qanunvericilikdə məhkumların yaxın qohumlarının dəfn mərasimində iştirakının tənzimlənməsi təklif olunur
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnsan hüquqları sahəsində hər zaman təkmilləşmələrin aparılmasına ehtiyac var.
APA xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.
O bildirib ki, 3 ay inzibati qaydada həbs olunan şəxslərlə bağlı layihədə təklifləri var: “Eyni zamanda ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri mövcud qanunda əksini tapmayıb. Həmçini, yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi qanunda əksini tapmayıb. Bir təklif isə uşaqlarla bağlıdır. Qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumu, nənəsi babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















