Qanunvericiliyə “konsul agentliyi” anlayışları daxil edilir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Konsul agentliyi” anlayışları qanunvericiliyə daxil edilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, konsulluq Azərbaycan Respublikasının baş konsulluğu, konsulluğu, vitse-konsulluğu və konsul agentliyidir.
Qeyd edək ki, qüvvədə olan “Diplomatik xidmət haqqında” qanunda “konsul agentliyi” anlayışları əksini tapmayıb. Qanuna əsasən, konsul xidməti Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür.
Baxış sayı:80
Bu xəbər 09 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















