Icma.az
close
up
RU
Qapılar döyülür: Harın icra başçılarının sonu yaxınlaşır

Qapılar döyülür: Harın icra başçılarının sonu yaxınlaşır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Qanunu saymayanlara” siqnal: DTX əməliyyatları davam edəcək!

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev saxlanılıb. Səbael Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İttihama görə, Musa Şəkiliyev qulluq mövqeyindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.

Qeyd edək ki, iyunun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən sabiq icra başçısının həbsi ölkədə korrupsiyaya qarşı mübarizənin nə qədər sistemli və qətiyyətli şəkildə aparıldığını bir daha təsdiqləyir. Son illər Azərbaycanda şəffaflığın təmin olunması, vəzifə səlahiyyətlərinin pozulmasının qarşısının alınması istiqamətində atılan addımlar, DTX və digər müvafiq qurumların genişmiqyaslı əməliyyatları ilə müşayiət olunur. Bu proses yalnız müəyyən şəxslərin məsuliyyətə cəlb olunmasından ibarət olmayıb, həm də dövlət idarəçiliyində sağlamlıq və ədalətin təmin olunması, vətəndaşların dövlətə olan inamının artırılması məqsədini daşıyır.  

İcra başçısının həbsini şərh edən ekspertlər də hesab edir ki, korrupsiyaya qarşı mübarizə ölkəmizdə davamlı xarakter daşıyır və bu istiqamətdə fəaliyyətlər gələcəkdə də intensivləşdiriləcək.


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda artıq icra hakimiyyəti başçılarının korrupsiya ittihamı ilə saxlanılması nadir xəbər deyil, sistematik tendensiyaya çevrilib.


DTX-nin həyata keçirdiyi əməliyyatların həm xalqın, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malik olduğunu deyən A.Həsrət qeyd edib ki, nə qədər ki, qanunu saymayan, harınlamış icra başçıları var, DTX bir o qədər çox əməliyyat keçirəcək: “Əlbəttə, heç kimin həbs olunmasını arzulamırıq, amma Prezident İlham Əliyevin etimad göstərib, vəzifə tapşırdığı şəxslər bu etimadı layiqincə doğrultmağa borcludular. DTX bu əməliyyatı keçirməyə ehtiyac görübsə, demək ki, əllərində yetəri qədər  fakt və dəlillər olub. Bu dəlillərə əsaslanaraq belə bir əməliyyat keçiriblər. Qeyri-rəsmi məlumatlarda korrupsiya halları olduğu bildirilir. Əməliyyatın konkret detalları isə yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.  Prezidentin etimad etdiyi vəzifəli şəxslər dövlətə və ölkə başçısına xəyanət etməməli, vətəndaşı dövlətdən  narazı salmamalı, dövlət əmlakını talamamalıdır. Heç kim, nə naziri, nə icra başçısı, nə deputatı statusuna arxayın olub vəzifə səlahiyyətlərini aşmamalıdır. Qanun qarşısında hər kəs bərabər hüquqa sahibdir. Digər rayonlarımızda da vəzifə səlahiyyətlərini aşan, vətəndaşları narazı salan, xırda problemləri belə gözardı edən başçılar var. Çox güman ki, gələcəkdə onlarla bağlı da ölçü götürüləcək. Səhvləri olan səlahiyyətli şəxslər indidən özlərinə çəki-düzən versinlər ki, DTX onların da qapısını döyməsin!”.


Ekspert Prezident İlham Əliyevin “korrupsiyaya bulaşmış məmur bizimlə yol yoldaşı ola bilməz” fikrini xatırladaraq qeyd edib ki, dövlət bu prinsipial xətdən geri çəkilməyəcək və şəffaf idarəetmənin qurulması istiqamətində tədbirlər davamlı olacaq: 

“Ölkə başçımız illər öncə korrupsiyaya bulaşmış məmurlara öz işlərində düzəlişlərin edilməsi istiqamətində tapşırıqlar verəndə qeyd etmişdi ki, əgər fəaliyyətlərində düzəlişlər edə bilmirlərsə, nə qədər gec deyil, vaxtında ərizələrini yazıb vəzifədən uzaqlaşsınlar. Görünür, onlar deyilənlərdən nəticə çıxarmır və düşünürlər ki, onların əməlləri görünmür. Bu, əsla belə deyil. Bu gün hər bir məmurun fəaliyyəti haqqında dövlətdə kifayət qədər məlumatlar var. Heç kim fikirləşməsin ki, ölkədə aparılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri müəyyən vaxtdan sonra bitəcəkdir. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri də kampaniya xarakterli deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri