Icma.az
close
up
RU
Sabaha açılan qapılar...

Sabaha açılan qapılar...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir dövlət kimi inkişaf edən Azərbaycan indiki dövrdə yaranan yeni qlobal çağırışları və ölkəmizin reallıqlarını nəzərə almaqla innovativ inkişafı özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Hazırda müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə müvafiq bazanın yaradılması istiqamətində fəal iş aparılır və təşviqedici tədbirlər həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında  “SABAH.city” innovasiya şəhərciyinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib və Özünün dəyəli tövsiyələrini verib.

Azərbaycanın süni intellekt gündəliyinin gözəl nümunəsi

Çox doğru olaraq innovativ inkişaf, o cümlədən də süni intellekt dünyanın bu gündən başlayan gələcəyi kimi səciyyələndirilir. Hazırda bu sahədə ciddi rəqabət müşahidə edilir. Artıq süni intellekt həyatın, demək olar ki, bütün sahələrinə nüfuz edib. Bu sahədə gecikmiş qərarlar vermək rəqabətdə və inkişafda geri qalmaq deməkdir. Beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da özünün süni intellekt gündəliyini müəyyənləşdirib. Ölkənin geniş potensiala və yeniliklərə açıq olan kadr ehtiyatına malik olması bu gündəliyin irəli aparılması və hədəflərə çatılması üçün əsas amillər qismində çıxış edir.

“SABAH.city” Azərbaycanın kifayət qədər geniş əhatə dairəsinə malik olan süni intellekt gündəliyinin gözəl nümunəsidir. Layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

“SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı, 8 texnologiya və innovasiyayönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

İndiyədək 50 süni intellekt həlli təqdim olunub

Müstəqil Azərbaycan dünyada həmçinin özünün intellektual brendləri ilə tanınır. “ASAN xidmət” də bu sırada yer alır. Hazırda ölkəmizdə müxtəlif xidmətlərin vətəndaşlara bir arada təqdim olunduğu “ASAN xidmət” şəbəkəsinin fəaliyyətindən məmnunluq səviyyəsi 100 faizə yaxındır. Eyni zamanda, bu model əsasında dünyanın ayrı-ayrı ölkələrində vətəndaşlara dövlət xidmətləri strukturu qurulub.

Respublikamızda qazanılan təcrübə nəzərə alınmaqla “ASAN xidmət” modeli daha da inkişaf etdirilir. “SABAH.city” də ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI Hub) yaradılması da bunun təsdiqidir.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bu günədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub. “ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri