Icma.az
close
up
RU
Qapını açmaq hələ tezdir

Qapını açmaq hələ tezdir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkiyə–Ermənistan sərhədinin açılması yalnız Bakının razılığı ilə mümkün ola bilər

Ermənistan–Türkiyə sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportun sahibləri üçün açılması barədə razılaşma İrəvan və Ankaranın xüsusi nümayəndələrinin 2021-ci ildə start götürmüş danışıqların gedişində əldə olunub. Hələlik bu istiqamətdə real addımlar atılmasa da, tərəflər arasında görüşlərin intensivləşdiyi müşahidə olunmaqdadır.

İki gün bundan əvvəl Ermənistan baş naziri və Türkiyə Prezidentinin xüsusi nümayəndələri sərhəddə növbəti dəfə görüşüblər. Bu məlumatı Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan verib. O, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib. Məlumatda o da qeyd olunur ki, xüsusi nümayəndələr Ahurik–Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər. “Bu, daha çox Qars–Gümrü kimi tanınan Ermənistan və Türkiyə dəmir yollarının kəsişdiyi ərazidir. Görüşdə hər iki tərəfdən müvafiq idarələr, yəni dəmir yolunun yenidən işə salınma ehtimalını gerçəkləşdirəcək qurumlar iştirak ediblər. Kifayət qədər böyük nümayəndə heyəti var idi və görüş çox konstruktiv şəraitdə keçdi”. Rubinyan görüşdə tarixi Ani körpüsünün bərpasına cavabdeh olan idarələrin nümayəndələrinin də iştirak etdiyini desə də, Ermənistanla Türkiyə arasında dəmir yolunun yenidən işə salınması ilə bağlı siyasi razılaşma yoxdur: “Bəli, razılıq yoxdur, amma hər iki tərəf bunun zəruriliyini başa düşəndə əks proses baş verə bilər. Son məqsəd iki ölkə arasında sərhədin tam açılmasıdır və belə bir anlayış var. Biz də bu cür təmaslar zamanı texniki baxımdan buna hazırlaşırıq”.

“Hər iki ölkənin nazirləri belə bir razılığa gəliblər və biz Marqara körpüsünün tez bir zamanda istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcəyik”. Bunu isə Ankaranın rəsmi təmsilçisi Serdar Kılıç deyib.

Oxuculara xatırladaq ki, Qars–Gümrü yolunun texniki qiymətləndirilməsi ilə bağlı razılıq xüsusi nümayəndələr – Serdar Kılıc və Ruben Rubinyanın cari ilin iyulunda sərhəddə, Marqara keçid məntəqəsində baş tutan görüşündə əldə olunub.

* * *

Həmin dövrdə İrəvan belə bir açıqlama da vermişdi: “Ermənistan iki ölkənin sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsində yenidənqurma işlərini başa çatdırıb və Ankara ilə əldə olunmuş razılığa əsasən, sərhədin tezliklə açılacağına ümid edir”.

Burada söhbət diplomatik pasportları olan və üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılmasından gedir. Az sonra Ermənistan xarici işlər nazirliyinin mətbuat xidməti iki ölkənin sərhədindəki “Alican” nəzarət-buraxılış məntəqəsinin istismara tam hazır olduğunu açıqlamışdı. Hətta bununla bağlı Ankaradan “müsbət siqnalların” gözlənildiyini də bəyan etmişdi. Nəzərə çatdıraq ki, Türkiyə “Alican” nəzarət-buraxılış məntəqəsini son otuz ildə ilk dəfə keçən ilin fevralında açıb. Bunun səbəbi Qahramanmaraş və Hatay vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlər üçün Ermənistanın humanitar yardım yükünü daşıyan maşınların Türkiyə ərazisinə buraxılması olub. Təxminən həmin günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan təbii fəlakətin qurbanlarına rəsmi başsağlığı verməkdən ötrü Ankaraya səfər etmişdi.

Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ləngitməsi, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməməsi İrəvanın Ankara ilə həm diplomatik, həm də iqtisadi əməkdaşlıq məsələlərinin ləngiməsi deməkdir. Ankara bunu Ermənistan hakimiyyətinin nəzərinə dəfələrlə çatdırıb. Yəni, Türkiyə hökuməti qonşusunun nəzərinə aydın şəkildə çatdırıb ki, onunla münasibətlərin normallaşması, istisnasız olaraq, Azərbaycanla sülhə nail olmasından və Zəngəzur dəhlizinin açılmasından birbaşa asılıdır. Bu mövqedə dəyişiklik ola bilməz. Ankara qapılarını haylar üçün açmağın vaxtının yetişmədiyini yaxşı bilir.

Paşinyan iqtidarı son vaxtlar Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasında maraqlı olduğunu tez-tez təkrarlayır. Amma buna baxmayaraq İrəvan ikitərəfli danışıqlar prosesini qeyri-müəyyən müddətədək uzatmaqdan ötrü ən müxtəlif bəhanələr uydurmaqda davam edir. Aydın məsələdir ki, onun vaxtı uzatmaqdan gözlədiyi danışıqlar masası arxasında “kollektiv Qərb”in Bakıya siyasi təzyiqi gücləndirməsi və bu yolla müəyyən güzəştlər qoparmasıdır. Fəqət sülhün ləngiməsi Bakını alternativ axtarışına məcbur etdi. Misal üçün, Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatınnda fiksə edilmiş öhdəliklərini yerinə yetirmədiyini görən Azərbaycan Naxçıvana nəqliyyat dəhlizini İran ərazisindən keçməklə inşa edilməsinə üstünlük verdi. Araz çayının cənub sahilindən salınacaq həmin marşrutla bağlı Bakı Ermənistan ərazisindən keçəcək Zənəgəzur dəhlizinə marağının azaldığını nümayiş etdirmiş oldu.

Siyasi icmalçı Fərhad Məmmədov qeyd edir ki, iki ölkə arasında sərhəd probleminin başlıca səbəbi Ermənistanın Zəngəzur dəhlizinin açılmasına dair 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində göstərilən öhdəliyini yerinə yetirməməsidir: “Buna görə Azərbaycan həmin dəhlizin İran ərazisindən salınmasına üstünlük verdi. Ortaya məntiqi sual çıxır: Yaranmış vəziyyətdə Ermənistan sərhədin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportları olanlar üçün açılması ilə bağlı Türkiyədən “pozitiv siqnal” ala bilərmi? Hadisələrin məhz bu yöndə inkişafı az ehtimal olunur. Çünki Ankara, ilk növbədə, əmin olmalıdır ki, İrəvan regionda sülhün və sabitliyin yaranmasında sözdə deyil, əməldə maraqlıdır. Yeri gəlmişkən, Türkiyə Milli Təhlükəsizlik Şurasının keçən ilin noyabrında keçirilən iclasında Cənubi Qafqazdakı mövcud vəziyyət və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması perspektivi kontekstində Zəngəzur nəqliyyat dəhlizi ətrafında yaranmış yeni situasiya da müzakirə edilib. Çox güman ki, həmin müzakirələrin gedişində, həmçinin Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması perspektivləri mövzusuna da toxunulub”.

Rəsmi Ankaranın bu müstəvidə fəaliyyətini Azərbaycanla koordinə etdiyinə diqqəti çəkən politoloq F.Məmmədova görə, hazırkı durumda Türkiyə Ermənistanla sərhədi açmağa hazır olduğuna dair heç bir rəsmi bəyanat verməyə hazırlaşmır. Ekspert Ankaranın İrəvanla münasibətlərin normallaşdırılması prosesi istiqamətində atacağı bütün mümkün addımlar barədə Bakını məlumatlandırdığına əminliyini dilə gətirdi.

* * *

Baş verənlərin fonunda İrəvan hələ də yalandan özünə təsəlli, ictimaiyyətinə isə dezinformasiya verməklə məşğuldur. Yadımıza keçən il ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən illik toplantısında Ermənistanın baş diplomatı Ararat Mirzoyanın çıxışı düşür. O, həmin toplantıda bəyan etmişdi ki, “çox güman yaxın həftələr ərzində” Ankara Ermənistan–Türkiyə sərhədinin açılması istiqamətində konkret addımlar atacaq. Hətta Türkiyənin Xarici işlər naziri Hakan Fidanla görüşündə sərhəd nəzarət-buraxılış məntəqəsinin açılmasının “dəqiq müddətinin müəyyən edildiyini” avropalı həmkarlarının diqqətinə çatdırmışdı. Mövzuya daha “geniş yanaşaraq ona qol-qanad” verən Mirzoyan bir az da irəli gedərək, bunun regionun inkişaf üçün xüsisi əhəmiyyət kəsb etdiyini vurğulamağı da unutmamışdı.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov İrəvanın Türkiyə ilə sərhədin açılacağı ilə bağlı məlumatları birinci dəfə vermədiyinə diqqəti çəkdi: “Rubinyan Ermənistanla Türkiyə arasında sərhədin açılacağı barədə nikbin məlumatları əvvəllər də vermişdi. Bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirib ki, yalnız Azərbaycanla sülh sazişini imzaladıqdan sonra Türkiyə Ermənistanla həm diplomatik münasibətlərini, həm də sərhəddən gediş-gəlişi bərpa edə bilər. Yəni, sülh sazişi imzalanmaya qədər Ermənistanla heç bir sahədə, o cümlədən, sərhədin açılması ilə bağlı məsələlər öz həllini tapmayacaq. Təbii olaraq, biz buna inanırıq və bu inam konkret faktlara əsaslanır. Rubinyan tərəfindən müxtəlif vaxt və məqamlarda bu xarakterli bəyanatların səsləndirilməsi heç də real durum və həqiqətlə üst-üstə düşmür. Əslində İrəvan bu reallığı çoxdan başa düşməli idi. Nəhayət, bundan düzgün nəticə çıxarmalı və anlamalıdır ki, o, Azərbaycanın beynəlxal hüquq normalarına uyğun şərt və tələblərini yerinə yetirmədən Türkiyə ilə sərhəddən gözünü çəkməlidir. Məsələnin həlli yolu məhz bundan ibarətdir. Vəssalam!”

Mövzuya yekun olaraq onu da nəzərə çatdıraq ki, Türkiyənin Müdafiə naziri Yaşar Gülər Bakıya səfəri zamanı qeyd etmişdi ki, Ermənistan regionda sülhün və sabitliyin bərpa olunmasının perspektivlərini lazımi səviyyədə qiymətləndirməyi bacarmır. Türkiyəli nazir sözlərinə onu da əlavə etmişdi ki, “3+2” formatı bölgənin problemlərinin dinc yolla həlli üçün uğurlu platformadır.

Bəli, Türkiyənin siyasi isteblişmenti Ermənistanın regional sülhün və sabitliyin təmin edilməsində tutduğu mövqedən məmnun deyil. Belə olan təqdirdə qardaş ölkənin Ermənistanla sərhədi açmasından söhbət gedə bilməz. Həm də Ankaranın bu məsələni Bakının rəyini nəzərə almadan reallaşdırması qeyri-mümkün olduğu qədər inandırıcı deyil. Bu isə o deməkdir ki, Ermənistan tərəfinin Türkiyə–Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin açılması barədə dedikləri sadəcə təsəlliverici ümiddir və reallıqla qətiyyən üst-üstə düşmür.

Rəsmi İrəvan faydasız diplomatik vurnuxmalardan yorulandan sonra bir daha əmin olacaq ki, Türkiyəyənin istər quru, istərsə də dəmir yolları Ermənistanın üzünə yalnız Azərbaycanla sülhə gəldikdən sonra açılacaq.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see332

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see135

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see134

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see128

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see127

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see122

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see116

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see115

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see114

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri