Icma.az
close
up
RU
Qara çörək niyə bahalaşıb...

Qara çörək niyə bahalaşıb...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son bir həftədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Xüsusilə “kəpəkli baton” çörəklərinin və digər adda qara çörək növlərinin əvvəlki qiymətlərlə müqayisədə bahalaşdığı diqqət çəkir. Bu məhsullar “N1” çörək zavodunda və "Çörəkçi" müəssisəsində istehsal olunurr.

Modern.az-ın məlumatına görə, 400 qramlıq “kəpəkli baton” çörəklərinin qiyməti təxminən 19-20 qəpik artıb. Əvvəllər 1 manata satılan həmin çörək növləri hazırda supermarketlərdə 1 manat 19 qəpik, 1 manat 20 qəpik arasında təklif olunur. Digər qara çörək növlərinin qiymətində artım baş verib. 
Ağ çörək növlərində, o cümlədən kütləvi istehlakçıların aldığı "zavod çörəyi"də isə qiymət artımı qeydə alınmayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bəzi çörək növlərinin qiymətindəki artımları dünya bazarında baş verən proseslərlə əlaqələndirib. O bildirib ki, hazırda qlobal miqyasda unun qiyməti artıb, eyni zamanda Azərbaycana taxıl idxalında müəyyən çətinliklər yaranıb.

“Qonşu Rusiya və Ukrayna arasında davam edən müharibə də taxıl bazarına təsir göstərərək qiymətlərin artmasına səbəb olur. Bu amillər də öz növbəsində unun, dolayısı ilə çörəyin maya dəyərinə təsir edir”.

Onun sözlərinə görə, çörəyin qiyməti ümumilikdə sərbəstdir və istehsalçılar məhsulu istədikləri qiymətə sata bilərlər:

“Lakin “zavod çörəyi” və ya sosial çörək adlandırılan məhsullara hökumət tərəfindən ciddi nəzarət mövcuddur ki, onların qiyməti artmasın. Bu növ çörəyi istehsal edən müəssisələrin rentabelliyi hazırda çox aşağı səviyyədədir”.

AİB sədri hesab edir ki, hökumət zavod çörəyi istehsalçılarına əlavə dəstək mexanizmləri tətbiq etməlidir:

“Elə şərait yaradılmalıdır ki, bu müəssisələr vergi yükündən müəyyən qədər azad olunsun və ucuz sosial çörəyin istehsalı davam etdirilsin. Əslində onların da qiyməti sərbəst olmalıdır”.

Eyyub Hüseynov əlavə edib ki, çörəyin bahalaşmasına təsir edən tək amil dünya bazarındakı qiymət artımı deyil:

“Market şəbəkələri çörək istehsalçılarından rəflərdə yer tutmaq üçün yüksək ödənişlər tələb edir, müxtəlif kampaniyaların xərcləri də təchizatçıların üzərinə qoyulur. Bundan başqa, paylama prosesində daşınma xərcləri və cərimələr də maya dəyərinə təsir göstərir. Məndə olan məlumata görə, bəzi istehsalçılar ay ərzində 2-3 min manat yol hərəkəti cəriməsi ödəməli olurlar ki, bu da əlavə maliyyə yükü yaradır".

O həmçinin vurğulayıb ki, sərbəst bazar şəraitində digər çörək növlərinin qiymətinin dəyişməsi normaldır. Lakin sosial əhəmiyyət daşıyan zavod çörəyinin qiymətinin sabit qalması üçün xüsusi dövlət qayğısı olmalıdır ki, artımlar olmasın.

Qara çörək növlərində baş verən qiymət artımının səbəbi ilə bağlı istehsalçılara sorğu ünvadıq. Lakin “N1” çörək istehsalçısı ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilmədi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri