Icma.az
close
up
RU
Çörək niyə bahalaşıb?

Çörək niyə bahalaşıb?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Yaxın aylarda çörək məhsullarının qiymətində artım ehtimalı istisna olunmur. 

Dünya bazarında unun qiymətində baş verən dəyişikliklər, həmçinin logistik və yanacaq xərclərinin artması çörəyin maya dəyərinə birbaşa təsir göstərir. 

Artıq ölkədə bəzi un məmulatlarında qiymət artımı müşahidə olunub, baton çörəyin qiymətində isə 10 qəpiklik artım qeydə alınıb”.

Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc yerli mediaya açıqlamasında belə deyib.

O bildirib ki, çörək istehsalı sosial baxımdan həssas sahə olduğuna görə bu istiqamət daim dövlət nəzarətində saxlanılır:

“Sahibkarlar da qiymət dəyişiklikləri zamanı bazarın həssaslığını nəzərə alır və kəskin bahalaşmanın baş verməsi gözlənilmir”.

V.Orucun sözlərinə görə, çörəyin qiymətinə əsas təsir edən amillərdən biri unun idxaldan asılı olmasıdır:

“Xarici bazarlarda qiymət dəyişiklikləri və daşınma xərclərinin artması daxili bazara da təsir edir. Bundan əlavə, sahə dövlət subsidiyaları ilə tənzimləndiyi üçün büdcə imkanları da qiymət formalaşmasında mühüm rol oynayır.

Əgər subsidiyaların həcmi azalarsa, qiymətlərdə ciddi artım mümkündür. Lakin Azərbaycan sosial yönümlü dövlət olduğundan kəskin bahalaşma ehtimalı yüksək deyil”, – deyə o, vurğulayıb.

Ekspert hesab edir ki, 2026-cı ildə çörək və digər un məmulatlarında qiymət artımı baş verərsə, bu artımın ümumilikdə 10 faizdən çox olmayacağı gözlənilir. Hazırda isə genişmiqyaslı bahalaşma qeydə alınmayıb.

Vüqar Oruc əlavə edib ki, əhalinin çörək məhsullarından geniş istifadə etməsi və məhsulun strateji əhəmiyyət daşıması səbəbindən dövlət bu sahəni daim diqqətdə saxlayır. Buna görə də mümkün artımın böyük məbləğdə olmayacağı proqnozlaşdırılır.

Maraqıdır, çörəyin maya dəyərinin artma səbəbləri nədir? Un, logistika, enerji, yoxsa əməkhaqqı? Yerli istehsal idxaldan asılılığı nə qədər azalda bilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, unun qiymətində ciddi artım yoxdur, ona görə də çörəyin qiymətinin bahalaşmasında əsas amil hesab edilə bilməz:

“Bahalaşmaya heç bir iqtisadi əsas yoxdur. Bildirim ki, Azərbaycanda un və un məmulatları idxaldan asılıdır. Bu məhsulların əsas xammalı olan ərzaqlıq buğdanı xaricdən idxal edirik. 

Amma məsələ ondadır ki, Azərbaycanın ərzaq buğdası idxal etdiyi əsas ölkələr - Qazaxıstan və Rusiyada məhsulların satışa çıxarıldığı Qara dəniz birjasında qiymətlər son dövrlərdə sabitdir. Hazırda Qazaxıstan və Rusiya buğdasının bir tonu Qara dəniz birjasında 220-230 dollar civarında satılır. 

Halbuki 2023-cü ildə buğda böhranı zamanı həmin birjada qiymətlər 350 dollara qədər yüksəlmişdi.Yəni əvvəlki dövrlə müqayisədə 100 dollardan artıq enmə var. 

Yəni mövcud şəraitdə idxal amili çörəyin qiymətinin bahalaşmasında əsas faktor kimi çıxış etmir”.İqtisadçı qeyd edib ki, çörəyin qiymətinin bahalaşmasında bəzi daxili amillər rol oynayır:

““Zavod” (dairəvi) çörəyi dövlət tərəfindən müəyyən formada dəstəklənir və məhz bu dəstək səbəbindən onun qiyməti sabitdir, bahalaşma müşahidə olunmur. Ancaq digər çörək növlərində artım var. Məsələn, baton çörəyi 10-15 qəpik bahalaşıb. 

İvanovka brendinin “İvanovka” pəhriz çörəyi isə əvvəllər 2 manat 20 qəpiyə təklif olunurdusa, hazırda 2 manat 90 qəpiyə satılır. Yəni onun qiymətində artıq 70 qəpik bahalaşma var. Bu, kifayət qədər ciddi artım deməkdir. Digər çörək növlərində də oxşar bahalaşma müşahidə edilir.

Sual yaranır ki, bu artımın səbəbi nədir? 

Məlumdur ki, son dövrlərdə ölkədə yanacağın qiymətində müəyyən artımlar olub. Bu da müəyyən təzyiqlər yaradır. 

Enerji daşıyıcılarının qiymətinin yüksəlməsi istehsal və logistika xərclərinə təsir göstərir. Ötən il enerji tariflərində artım baş verib. Ölkədə inflyasiya 5,6 faiz təşkil edib, orta aylıq əməkhaqqı isə 9,3 faiz artıb.

Nəzəri olaraq bu artımlar çörək istehsalında işləyən adamların da maaşı yəqin ki, artıb. Ümumi 5,6 faiz inflyasiya gedibsə, deməli çörək də bu inflyasiyaya məruz qalır.

Çörək istehsalında istifadə olunan digər xammalların - maya, duz və digər komponentlərin qiymətində də müəyyən (3-5 faiz civarında) artım mümkündür. Lakin bu amillər ümumilikdə çörəyin qiymətinin 15–20 faiz bahalaşmasını iqtisadi baxımdan tam əsaslandırmır. Bu faktorlar maksimum 3–5 faiz civarında qiymət artımına səbəb ola bilər”.

Akif Nəsirli əlavə edib ki, ümumilikdə çörəyin qiymətinin 15-20 faiz bahalaşması daha çox spekulyativ xarakter daşıyır:

“Çörək istehsalçıları bazarda çoxsaylı deyil, əksinə, məhdud sayda şirkətlər fəaliyyət göstərir. Bu isə müəyyən inhisarçı mövqenin formalaşmasına şərait yaradır. Belə vəziyyətdə bəzi istehsalçıların müxtəlif vasitələrlə, o cümlədən informasiya dəstəyindən istifadə edərək çörəyin qiymətini bahalaşdırmaq istəyirlər. 

Halbuki unun qiymətində ciddi artım yoxdur və bu amil çörəyin kəskin bahalaşmasını izah etmir. Ölkədə orta aylıq əməkhaqqının 9,3 faiz artdığı açıqlansa da, çörək istehsalı sahəsində çalışan işçilərin maaşlarında real artımın olub-olmaması sual doğurur. 

Bildiyim qədər, son dövrlərdə bu sahədə çalışanların əməkhaqqında artım qeydə alınmayıb.Bəli, çörəyin tərkibində istifadə olunan duz, maya və digər komponentlərin qiymətində 3-5 faiz civarında artım ola bilər. Lakin bu cür məhdud artım ümumilikdə çörəyin qiymətinin kəskin şəkildə bahalaşmasına səbəb ola bilməz”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: çörək Vüqar Oruc Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see332

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see281

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see229

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see224

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see223

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see219

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see212

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see209

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see206

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see202

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see189

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see169

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see164

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri