Icma.az
close
up
RU
Qara dəliklər təbii kosmik kollayderlərdir?!

Qara dəliklər təbii kosmik kollayderlərdir?!

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Qaranlıq maddənin sirrini açmaq üçün supermassiv qara dəliklərə təbii nəhəng zərrəcik kollayderləri kimi yanaşmaq olar. Bu ideya son illərdə qara dəliklərin ətraf mühitinin əvvəl düşünüləndən daha ekstremal olduğu aşkarlandıqdan sonra irəli sürülüb.

Hazırda Yer üzərində ən güclü zərrəcik sürətləndiricisi Böyük Adron Toqquşdurucudur (Large Hadron Collider). 2012-ci ildə bu kollayder vasitəsilə Hiqqs bozonunun kəşfi mümkün oldu. Lakin bu təcrübələr, “elementar zərrəciklər fizikasının standart modeli” çərçivəsindən kənara çıxan və xüsusilə qaranlıq maddəni təşkil edən hissəciklərin varlığına dair sübutlar təqdim edə bilmədi.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Fizikanın hələ naməlum aspektlərini araşdırmaq üçün daha böyük və güclü kollayderlərə ehtiyac var. Lakin bu cür adron kollayderlərinin qurulması həm çox baha başa gəlir, həm də uzun zaman tələb edir. Buna alternativ olaraq, kosmosdakı supermassiv qara dəliklərin ətrafındakı ekstremal mühitləri təbii zərrəcik toqquşdurucuları kimi dəyərləndirmək olar. Bunun üçün isə fərqli və yaradıcı yanaşmalara ehtiyac var.

Tədqiqat qrupunun üzvü və Cons Hopkins Universitetinin tədqiqatçısı Cozef Silk açıqlamasında bildirir ki, LHC kimi hissəcik toqquşdurucuları üçün böyük ümidlərdən biri onun qaranlıq maddə zərrəcikləri yaratmasıdır, lakin hələ heç bir dəlil yoxdur. Bu səbəbdən daha güclü versiyanın, yeni nəsil superkollayderin yaradılması ilə bağlı müzakirələr gedir. Layihənin büdcəsi 30 milyard dollar nəzərdə tutulub. Layihənin inşası 40 il çəkəcək və bu müddətdə supermassiv qara dəliklərin tədqiqi bizə fərqli nəticələr verə bilər.

Qaranlıq maddə kainatdakı ümumi maddənin təxminən 70 faizini təşkil edir, lakin onun təbiəti hələ də məlum deyil. Adi bildiyimiz materiya isə cəmi 5 faizlik paya sahibdir. Qaranlıq maddə işıqla qarşılıqlı əlaqədə olmadığı üçün mövcud detektorlarla onu birbaşa müşahidə etmək mümkün deyil. Laboratoriya şəraitində bu maddənin hissəciklərini yaratmaq üçün çox yüksək enerjiyə ehtiyac var. LHC kimi kollayderlərdə aparılan təcrübələrin böyük bir hissəsi də məhz bu hissəcikləri axtarmağa yönəlib.

Zərrəciklər bu sürətləndiricilərdə işıq sürətinə yaxın sürətlə toqquşdurulur. Bu zaman yaranan yüksəkenerjili zərrəcik seli müşahidə olunur. Alimlər bu selin içində indiyə qədər məlum olmayan və yalnız nəzəri olaraq mövcudluğu irəli sürülmüş zərrəcikləri tapmağa çalışırlar.

Supermassiv qara dəliklərdə də bu prosesin təbii şəkildə baş verməsi ehtimal olunur. Hər bir qara dəlik ətrafında akkresiya diski adlanan maddə diski ilə əhatələnmiş olur. Bu diskdəki maddənin bir hissəsi qara dəlik tərəfindən udulur, udulmayan hissə isə qütblərdən işıq sürətinə yaxın sürətlə “jetlər” şəklində kosmosa yayılır. Bu proses elə kollayderlərdəki yüksək enerjili ağır və ya naməlum zərrəciklərin yaranmasına səbəb ola bilər. Əgər qara dəliklərdən gələn informasiyada adron kollayderlərində müşahidə olunan zərrəciklər tapılsa, bu mülahizələrin doğruluğu təsdiqlənəcək.

Tədqiqat işi “Physical Review Letters” jurnalında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri