Icma.az
close
up
RU
“Qara dəliklər”in sirri açılacaqmı?

“Qara dəliklər”in sirri açılacaqmı?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fiziklərin yeni araşdırması kainatın genişlənməsini sürətləndirən sirli qüvvənin - qaranlıq enerjinin mənşəyi ilə bağlı mövcud nəzəriyyələri dəyişə bilər. “Physical Review Letters” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, “qara dəliklər” qaranlıq enerjinin yaranmasında əsas rol oynaya bilər.

Qaranlıq enerji uzun illərdir ki, kosmologiyanın ən müəmmalı anlayışlarından biri olaraq qalır. Alimlər ABŞ-da yerləşən Kitt-Pik Milli Rəsədxanasında quraşdırılmış DESI cihazının məlumatlarından istifadə edərək "qara dəliklər"in ölmüş ulduzların maddəsini qaranlıq enerjiyə çevirməsi nəzəriyyəsini yoxlayıblar.

Bu nəzəriyyə - kosmoloji əlaqəli qara dəliklər hipotezi (CCBH) - qaranlıq enerjinin spontan şəkildə deyil, Böyük partlayışdan sonra ulduzların yaranması və ölümü nəticəsində yığıldığını iddia edir.

DESI cihazından əldə olunan məlumatlar göstərir ki, qaranlıq enerjinin gücü zamanla dəyişir. Bu isə indiyədək qəbul edilmiş ΛCDM standart kosmoloji modelinə ziddir. Əgər CCBH hipotezi təsdiqlənərsə, bu, Habl sabitinin - kainatın genişlənmə sürətinin - niyə dəyişdiyini izah edə bilər.

Tədqiqat, həmçinin kainatın enerji balansında maddənin miqdarının azalması ilə genişlənmənin sürətlənməsi arasında əlaqə qurur. Maddə cazibə qüvvəsi ilə genişlənməni ləngidir, qaranlıq enerji isə onu sürətləndirir. “Qara dəliklər” vasitəsilə maddənin qaranlıq enerjiyə çevrilməsi bu balanssızlığı izah edə bilər.

Yeni ulduzların yaranma sürəti Hubble və Webb teleskopları ilə dəfələrlə müşahidə olunub və bu, qaranlıq enerjinin yaranma sürəti ilə üst-üstə düşür. Bundan əlavə, DESI cihazının məlumatları ilə neytrino hissəcikləri üzərində aparılan eksperimentlər arasında əvvəllər mövcud olan ziddiyyətlər də bu modellə aradan qalxır.

Alimlər bildirirlər ki, “qara dəliklər”in qaranlıq enerjinin mənbəyi olması nəzəriyyəsi ümidvericidir. Lakin bu hipotezin tam təsdiqlənməsi üçün daha çox müşahidəyə və dəqiq məlumatlara ehtiyac var.

Əgər bu nəzəriyyə təsdiqlənsə, müasir astrofizikada inqilabi dönüş nöqtəsi ola və kainatın təkamülünə dair anlayışlarımızı kökündən dəyişə bilər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri