Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qahirə, 8 oktyabr, AZƏRTAC
Qara dənizdə ticarət gəmisinin batması nəticəsində 9 suriyalı və 1 misirli dənizçi itkin düşüb.
AZƏRTAC Suriya mediasına istinadla xəbər verir ki, gəmi Bolqarıstana aid iqtisadi zonada pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldıqdan sonra batıb.
“France-Presse”in məlumatına görə, Toqo bayrağı ilə üzən gəmi heyətində 10 dənizçi olub, onların hamısı itkin düşüb.
Bildirilir ki, Suriya Sərhəd Keçidləri və Gömrük Baş İdarəsi Beynəlxalq Dəniz Təşkilatına və Bolqarıstan Dənizçilik İdarəsinə təcili rəsmi nota göndərərək, hadisənin səbəblərinin şəffaf və müstəqil şəkildə araşdırılmasını, itkin dənizçilərin tapılmasına dəstək göstərilməsini və təqsirkarların müəyyənləşdirilməsini tələb edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Oktyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















