Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub 10 ölü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ordusu ötən gün Qara dənizdə Türkiyəyə məxsus GOLDEN LEO mülki yük gəmisinə üç raket zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Odessa Vilayət Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfər həlak olub.
Ölənlərdən 9 nəfəri ekipaj üzvü, 1 nəfər isə ukraynalı losmandır. Daha 7 nəfərin isə yaralandığı bildirilir.
“Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin (CM) 438-ci maddəsinin 2-ci hissəsi - insanların ölümünə səbəb olan hərbi cinayətlər üzrə cinayət işi başlanıb”, - prokurorluqdan bildirilib.
Məlumata görə, qarğıdalı daşınması ilə məşğul olan və Qvineya-Bisau bayrağı altında üzən ticarət gəmisinin göyərtəsində Suriya və Hindistan vətəndaşlarından ibarət 17 ekipaj üzvü və 66 yaşlı ukraynalı losman olub. Zərbədən sonra gəmidə baş verən yanğın lokallaşdırılıb. Ekipajın 8 üzvünü xilas edib sahilə çatdırmaq mümkün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 İyul 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















