Qara dənizdəki gərginlik taxıl qiymətlərini artırır
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Qara dəniz hövzəsində vəziyyətin pisləşməsi regiondan qlobal bazara taxıl tədarükü ilə bağlı narahatlıqları artırıb.
Banco.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bir sıra ölkələrdə müşahidə olunan isti hava və Qara dənizdən ixracla bağlı fasilələr iyul ayında qlobal buğda qiymətlərinin illik müqayisədə 9,9% artmasına səbəb olub.
İyulda taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 3,4%, illik müqayisədə isə 6,9% yüksəlib. Buğdanın qiyməti yalnız bir ay ərzində 5,8% artıb. FAO bunu Qara dəniz bölgəsindən ixrac tədarükündə fasilələr və ixrac infrastrukturuna dəyən ziyanla bağlı artan narahatlıqlarla əlaqələndirib.
Qlobal qarğıdalı qiymətləri də iyun ayı ilə müqayisədə 3,6% artıb. Buna ABŞ-ın əsas istehsal bölgələrində isti və quru hava ilə bağlı narahatlıqlar, eləcə də geosiyasi gərginlik fonunda enerji qiymətlərinin yüksəlməsi təsir edib. Düyü qiymətləri isə iyul ayında demək olar ki, dəyişməyib.
Mütəxəssislər hesab edirlər ki, Ukraynanın quru yük gəmilərinə və liman infrastrukturuna hücumları nəticəsində Azov-Qara dəniz bölgəsindən daşınmalarda yaranan fasilələr qlobal bazarda taxıl tədarükünü azalda bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















