Icma.az
close
up
RU
Qara istiotun müalicəvi xüsusiyyətləri. RESEPTLƏR

Qara istiotun müalicəvi xüsusiyyətləri. RESEPTLƏR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın cənub-qərbində yerləşən Malabar vilayətini əvvəllər "istiotun vətəni" adlandırırdılar.

Qədim Hindistanda və Yunanıstanda ən məşhur və bahalı ədviyyatlardan biri olan qara istiotun yeməklərə əlavə edilməsi həmin vaxtlar qadağan olunmuşdu, çünki qara istiotdan pul ekvivalenti və dini ayinlərdə müqəddəs bitki kimi istifadə edilirdi.

Ətrinə, həmçinin xörək, salat, marinad və şorabalara verdiyi özünəməxsus dada görə qara istiotdan əzilmiş və dənəli halda istifadə edilməsi bir sıra müasir dünya ölkələrinin kulinariyasında mühüm yer tutur.

Qara istiotun tərkibində toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli yağlar, bitki lifləri və nişasta var.

Qara istiotun mədədəki duz turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə olunmasına əsas verir. Həzmi normallaşdıraraq bağırsaqlarda çürümə prosesi və zərərli qazların əmələ gəlməsinin qarşısını alır, yaranmış qazların, qaraciyərin dezintoksikasion funksiyasını yaxşılaşdıraraq orqanizmdən toksiki maddələrin xaric olunmasını, bağırsaqlardan vitamin və mineralların sorulmasını asanlaşdırır. Qara istiot dad reseptorlarını qaıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, qida qəbulundan sonra ağırlıq hissini aradan qaldırır.

Sidikqovucu və antibakterial xüsusiyyətlərinə görə sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilir. Tərkibindəki güclü antioksidant təsir göstərən maddələr sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının qarşısını alır.

Qara istiot açıq yaraların üzərinə səpiləndə qankəsici və antibakterial təsir göstərir. Yerli olaraq ilan, əqrəb və həşərat sancmaları zamanı istifadə edilir.

Qara istiotun tərkibində olan piperin orqanizmə selen, B qrupu vitaminləri, beta-karotin, kurkumin və bir sıra digər faydalı maddələrin sorulmasını artırır, orqanizmdə yağların termogenezini sürətləndirərək eneji mübadiləsini yaxşılaşdırır, artıq piylərin depolanmasının qarşısını alir. Piperin beyində seratonin və beta-endorfinlərin sintezini artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır.

Qara istiot mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərərək turşuluğu artırdığına görə qastrit və mədə xorası olanlar ondan istifadəni minumuma endirməli və ya tamamilə rasiondan çıxarmalıdırlar. Böyrək, qaraciyər və bağırsaqlarda kəskin proseslər zamanı, anemiya, stenokardiya, aritmiya və hipertoniya xəstəliyi zamanı qara istiotdan istifadə edilməsini məhdudlaşdırılmalıdır.

Müalicəvi reseptlər

Bel, boyun ağrıları və radikulit

- 20-30 ədəd qara istiot dənələri əzilir və üzərinə 200 ml 40%-li spirt əlavə edilir. Qaranlıq yerdə hər gün qarışdırılaraq 5 gün dəmlənir, üzərinə 1 çay qaşığı yodun 3 %-li spirt məhlulu əlavə edilir və hər gün qarışdırılaraq daha 7 gün dəmlənir, sonra üzərinə 1 xörək qaşığı xörək duzu əlavə edilir və daha 1 gün saxlanır. Alınan cövhərlə ağrıyan nahiyələrə islatma qoyulur. Müalicə müddəti 3 gündür.

- 1 xörək qaşığı əzilmiş qara istiot üzərinə 200 ml zeytun yağı əlavə edilir, zəif ocaqda 10 dəqiqə isidilir, soyuyandan sonra süzülür, ağrıyan nahiyələrə islatma qoyulur.

Zökəm və qrip

- 100 qram kərə yağı zəif ocaqda 15 dəqiqə qızdırılır, əridikdən sonra çökdürülərək süzülür. Yağın duru hissəsinin içərisinə yarım çay qaşığı əzilib toz halına salınmış qara istiot qatılaraq qarışdırılır, ilıq halda buruna damızdırılır.

Angina və bronxit

- 1 çay qaşığı əzilmiş qara istiot 1 stəkan balla qarışdırılır, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir. Qarışığı 1 ay saxlamaq mümkündür.

Böyrək daşı

- Qara üzüm giləsinin tumları çıxarılaraq yerinə 1 ədəd qara istiot dənəsi qoyulur, 7 gün ərzində gündə 1 ədəd qəbul edilir. Həmin üsulla müalicə zamanı daşlar əriyərək sidiklə birlikdə xaric olur.

Saç tökülməsi və qırılması

- Bərabər miqdarda duz və əzilmiş qara istiot qarışdırılır, qatı qarışıq alınana qədər üzərinə soğan suyu əlavə edilir. Alınan qarışıq saçların dibinə çəkilir, yarım saat sonra yuyulur.

Mənbə: Herba Flora jurnalı

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri