Icma.az
close
up
RU
Qara pencək və şəxsi məktub: Zelenski Vaşinqtonda sakit qələbə qazandı

Qara pencək və şəxsi məktub: Zelenski Vaşinqtonda sakit qələbə qazandı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustin 18-də Vaşinqtonda keçirilən sammitdən sonra Putin gözlənilmədən çətin vəziyyətə düşüb.
Modern.az xəbər verir ki, bunu İngiltərənin nüfuzlu “The Telegraph” qəzeti yazıb.
Bildirilib ki, Ukrayna prezidenti Vladimir Zelenski və müttəfiqləri Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirilən görüşdə mövqelərini bərpa edərək, Rusiya lideri Vladimir Putini gözlənilməz vəziyyətdə qoyublar.

Zelenski sonuncu dəfə fevral ayında Ağ Evdəki Oval kabinetdə olarkən onun geyimi amerikalıları qəzəbləndirmişdi. Lakin bu dəfə o, aprel ayında Papa Fransiskin dəfn mərasimində etdiyi kimi, qara pencək geyinərək, hörmət jesti göstərə bilib.

"Tramp onu təriflədi və açıq-aydın sevindi. Üstəlik sonuncu dəfə ona geyiminə görə kobud şəkildə hücum edən müxbir yeni görünüşü ilə bağlı kompliment deyəndə, Zelenski vəziyyəti ləyaqətlə idarə etdi. "Siz eyni kostyumdasınız",- deyə o, tərksilahedici gülümsədi: "Mən dəyişmişəm, siz yox”. Hamı gülüşdü, deyəsən müxbir “bıçaq zərbəsin”i hiss etmədi, amma mesaj hamıya aydın idi”, – qəzet yazır.
Qeyd olunur ki, dünənki sammitdə Zelenski və Avropa liderləri düzgün mövqe seçmişdilər: Trampa lazım olan hörmət və ehtiramı göstərmək, eyni zamanda rəqibə təzyiq edən mövqe tutmaq.

Başqa bir üsuldan da istifadə olunub: Zelenskinin həyat yoldaşının məktubunu ABŞ-ın birinci xanıma təhvil vermək. Bu, ABŞ-ın birinci xanımı Melaniyanın Putinə uşaqları qorumaq üçün müraciətinə işarə idi.

"Bu, sizin üçün deyil, həyat yoldaşınız üçündür",- deyən Ukrayna lideri məktubu səmimi qəbul edən Trampa verib.

"Zelenski həm konsepsiyada, həm də icrada mükəmməl idi: Psixoloji nöqteyi-nəzərdən bu, açıq-aydın Trampı öz tərəfinə çəkmək məqsədi daşıyırdı", - nəşr yazır.
“The Telegraph” qeyd edir ki, Alyaska sammiti ilə müqayisədə dünənki ümumi mənzərə Ukrayna üçün mükəmməl olmasa da, Avropa alyansı mühüm strateji nailiyyətlər əldə etdi.

Görünür, Zelenski ABŞ prezidentini sülhə mane olmaqdansa, həqiqətən də bunda maraqlı olduğuna inandırıb, çünki Tramp onu keçən dəfə haqsız yerə ittiham etmişdi.

Tramp həmçinin, Ukrayna və müttəfiqlərinin növbəti qələbəsi olan Zelenski ilə Putin arasında görüş üçün hazırlıqlara başladığını təsdiqləyib.

“Görüş Putinin Zelenskinin legitim dövlət başçısı statusunu səssizcə tanınması demək olardı ki, bu da rusların qətiyyən xoşuna gəlməyəcək”.

Qəzetin yazdığı kimi, bazar ertəsi əslində Ukrayna üçün sakit diplomatik qələbə kimi qeyd oluna bilər.

"Putin həftələr ərzində ilk dəfə təzyiq altında ola bilər. Əgər o, sövdələşməni və ya hər hansı gələcək danışıqları pozmaqla hakimiyyətinə edilən bu hücumlara cavab verərsə, özünü günahkar tərəfə çevirə bilər. Bu, Ağ Evin müharibəni bitirmək yolunda ümidsizliyə qapılmasına səbəb ola bilər", - “The Telegraph” yazır.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Vladimir Zelenski və digər Avropa liderləri arasında ABŞ prezidenti Donald Trampla söhbət çox ətraflı və səmimi olub.

Yermak əlavə edib ki, Zelenskinin haqlı olaraq qeyd etdiyi kimi, bu, ABŞ prezidenti ilə ən yaxşı görüşdür.

Həmçinin, Yermakın sözlərinə görə, Tramp şəxsən Ukraynanın etibarlı təhlükəsizlik zəmanəti almalı olduğunu təsdiqləyib. O, əmin edib ki, komandalar sabahdan etibarən bunun üzərində işləməyə hazırdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri