Icma.az
close
up
RU
“Qara ulduz” SSRİ nin ABŞ ı bombalamaq üçün yaratdığı gizli təyyarə FOTO

“Qara ulduz” SSRİ nin ABŞ ı bombalamaq üçün yaratdığı gizli təyyarə FOTO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Soyuq müharibə illərində SSRİ nüvə silahlı əldə etməklə ABŞ-dən gözlənilə bilən hücumun qarşısını müəyyən mənada almağı bacarıb. Lakin “Amerika təhlükəsi” hər zaman real olaraq qalıb. Odur ki, sovet dövlətinin rəhbərliyi ABŞ-nin nüvə təhdidlərini tam sıradan çıxarmaq üçün xüsusi təyyarə istehsal etmək planı qurub.

Plana əsasən bu qırıcı o dövrün bütün müasir standartlarına cavab verməli, qısa müddət ərzində ABŞ-nin müxtəlif şəhərlərinə bir neçə nüvə bombası atmağı bacarmalı idi.

“DSB-LK”

Reaktiv mühərriklərin, yeni material və texnologiyaların yaranması təyyarə konstruktorlarına cəsarətli layihələrin öhdəsindən gəlməyə imkan verib. O dövrün çox sayda layihələri reallığa çevrilməsə də, yeni ideyaların əla mənbəyi və perspektivlərini sınamaq üçün bir yol xəritəsi kimi xidmət edib. Bu layihələrdən biri də ötən əsrin 50-ci illərin sonlarında Leninqrad qırmızı bayraqlı hərbi hava qüvvələri mühəndislik akademiyasının (A.F.Mojayski adına Hərbi Kosmik Akademiyası) əməkdaşları tərəfindən hazırlanan “DSB-LK” idi.

Hərbi hava qüvvələri baş qərargahının sifarişi ilə Sovet İttifaqının aparıcı təyyarə istehsalı təşkilatları “Uzun mənzilli səsdən sürətli hidroplanların hazırlanması yollarının tapılması” mövzusunda iş aparıblar.

A.S.Moskalevin və A.İ. Smirnovun rəhbərliyi altında mühəndislər perspektivli təyyarənin dizaynı üzərində çalışmağa başlayıblar. Onlar strateji bombardmançı konfiqurasiyasında səsdən sürətli təyyarənin bir neçə dizaynını hazırlayıblar. Yüksək sürət daxil olmaqla üç variantın da detalları bir-birindən fərqlənib. Tədqiqatın məqsədi perspektivli səsdən sürətli təyyarə üçün ən yaxşı konfiqurasiyanı müəyyən etmək olub.

Mühəndislərə görə geniş çərçivəyə uyğun ilkin dizayn yaratmaqla gələcəkdə uçacaq təyyarələrə olan tələbləri müəyyən etmək mümkündür. Ona görə də bombardmançı, hidrotəyyarə və amfibiyanın çəkisi 150 ilə 500 tona qədər, uçuş sürəti M = 2-4 səviyyəsində və uçuş hündürlüyü ən azı 20 km müəyyən edilib. Belə xüsusiyyətlərə malik olan təyyarə 5-15 ton döyüş yükü daşımalı idi.

Bombardmançı təyyarə ballistik mərmilər (aeroballistik raketlər) və ya qanadlı raketlərlə təchiz edilib. Müəyyən edilən silah parametrləri əsasında təyyarənin döyüş qabiliyyəti də nəzərə alınıb. Mühəndislərin hesablamalarına görə, ballistik mərmi 20-30 km hündürlükdən atılan zaman 2 500 kilometr, qanadlı raket isə görmə məsafəsi qədər uçmalı olub.

Nüvə bombası daşıya bilən səsdən sürətli təyyarə

Təyyarə uçuş-enmə zolağından 350 km/saata qədər sürətlə qalxacaq, eniş sürəti isə 250 km/saat olacaq. Dəniz və amfibiya təyyarələrində belə məhdudiyyətlər yox idi, çünki onlar böyük su obyektlərindən uçuş-enmə zolağı kimi istifadə edə bilərdilər.

Perspektivli səsdən sürətli təyyarə üçün bir neçə variantın müqayisəsi nəticəsində ən yaxşısı seçilib. Bu müsabiqənin qalibi altı turboreaktiv mühərrikli “uçan qanad” konstruksiyası üzrə hazırlanmış uzaq mənzilli təyyarə olub. Ən yaxşı variant müəyyən edildikdən sonra, perspektivli səsdən sürətli təyyarələrin öyrənilməsi proqramının növbəti mərhələsinə başlanılıb. “DSB-LK” (“Uzun mənzilli strateji bombardmançı – “uçan qanad”) adlanan təyyarə hücum üçün ərsəyə gətirilib, baxmayaraq ki, onun üzərində kəşfiyyat modifikasiyasını da yaratmaq mümkün olub.

“Uçan qanad” daxili həcmləri düzgün təşkil edilib. Uzunluğu 49-52 metr və qanadları 36-38 metr olan DSB-LK-nın uçuş çəkisi 250-280 tona çatıb. Təyyarənin quru çəkisi, hesablamalara görə, 88,5 ton olub, nominal 10.000 kqf və 15.800 yanma gücünə malik altı VK-15M turbojet mühərriklə təmin edilməsi nəzərdə tutulub. Tam yanacaqla doldurulduqda maksimum uçuş məsafəsi 16,5 min km-i ötüb. Bu da öz növbəsində Polşadan qalxan təyyarənin ABŞ-nin müxtəlif şəhərlərinə çatması demək olub.

Füzelajın mərkəzi hissəsi, mühərriklərin arasındakı boşluğun ölçüləri ümumi çəkisi 15 tona qədər olan silahları daşımağa imkan verib. Əsas silahlar kimi perspektivli qanadlı raketlər və təyyarə ballistik mərmiləri hesab olunub. Bundan əlavə, lazım gələrsə, DSB-LK bombardmançısı 5 000 kq-a qədər bombalardan istifadə edə bilərdi. Qeyd edək ki, nüvə bombasının çəkisi 27 tondur.

Digər adı “Qara ulduz” olan təyyarə özünümüdafiə üçün avtomatik olaraq hərəkətə keçən iki (qanadın yuxarı və aşağı səthlərində) silahla təchiz edilib. Dəqiqədə 7-9 min mərmi qədər atəş sürəti olan silahların istifadəsi optimal hesab olunub. Hər bir silahın təxmini sursat yükü 700-1 200 mərmidən ibarət olub. Təyyarənin özünümüdafiəsi üçün əlavə silahlar atəş məsafəsi 10 kilometrə qədər olan “hava-hava” raketləri də nəzərdən keçirilib.

Bütün detallar hazırlanıb və real tətbiqə çatanda sovet hökuməti fikrindən daşınıb. Səbəb isə “Bu layihə əvvəlcə pilot layihə kimi qəbul edilib və tədqiqat xarakterli daşıyıb” göstərilib. Halbuki ilkin olaraq bu təyyarə sırf SSRİ-nin düşmənlərini qorxutmaq üçün nəzərdə tutulub.

Daxili siyasi çəkişmə nəticəsində mühəndislərin illərə hazırladığı təyyarə modeli tarixə qovuşur. Layihə üzərində iş dayandırılıqdan sonra sənədləşmə bir neçə təyyarə istehsal edən təşkilata verilib. Bütün hallarda sınaq layihəsinin hazırlanması zamanı əldə edilən təcrübə bir çox yeni təyyarələrin yaradılmasında faydalı olub. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri