Icma.az
close
up
RU
Qara və nahamar dirsəklər: SƏBƏBLƏR və ÇARƏLƏR

Qara və nahamar dirsəklər: SƏBƏBLƏR və ÇARƏLƏR

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu pozulmanın tibbi adı "dirsəklərin hiperkeratozu"dur. Bu problemlə bir çox insanlar üzləşir.

Saglamolun.az bildirir ki, insanların əksəriyyəti bunu yalnız kosmetik problem və ya yaşla bağlı olan dəyişiklik kimi qiymətləndirir. Lakin bu problemin səbəbləri daha ciddi ola bilər.

- İlk növbədə dirsəklərin qara və nahamar olmasının səbəbi natamam qulluqdur. Bu yerləri daim təmizləmək, skrablamaq və nəmləndirmək lazımdır. 

- A və E vitaminlərinin çatışmazlığı zamanı dəri örtükləri (o cümlədən, dirsəklərin dərisi) quruyur və tündləşir. Bu halda insan öz qidalanmasına bu vitaminlərlə zəngin olan məhsulları daxil etməli və həkimin məsləhəti ilə tərkibində bu vitaminlər olan preparatlardan birini qəbul etməlidir.

- Hipotireoz. Bu daha ciddi problemdir. İlk növbədə belə pozulma hipotireoz (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) zamanı mümkündür. Hipotireoz zamanı orqanizmdə gedən mübadilə və s. vacib proseslərdə pozulmalar inkişaf edir və bu həmçinin dərinin vəziyyətinə də təsir edir - dəri quru və nahamar olur, qabıq verir. Təbii ki, hipotireoz bir çox digər simptomlarla da özünü büruzə verir. Bu simptomlar arasında: bədən çəkisinin "səbəbsiz olaraq" artması, soyuğa davamsızlıq, yuxululuq, xroniki yorğunluq, anemiya, xroniki qəbizlik, qadınlarda menstrual funksiyanın pozulması və s. Özünüzdə bu simptomları müşahidə etdikdə endokrinoloqa müraciət edin.

- Şəkərli diabet. Bu xəstəlik zamanı dərinin müxtəlif yerlərində (boyun, qoltuğaltı, dirsəklər, qarın) tünd ləkələr əmələ gəlir.

Dirsəklərin dərisini daha yumşaq etmək üçün sodalı sudan istifadə edin. Dirsəklərinizi soda əlavə olunmuş isti suda 10-15 dəqiqə ərzində saxlayın və sonra bədən üçün olan skrabla yaxşı təmizləyib üzərinə istənilən yağlı krem, vazelin, kosmetik yağ çəkin. Bu proseduru 10-15 gün ərzində hər gün edin.

Dirsəklərin dərisini ağartmaq üçün dərini limonun, xiyarın qabığı ilə hər gün sürtün. Qatıq da dərini yaxşı ağardır. Dirsəklərə qatıq sürtün, 15-20 dəqiqə gözləyin və sonra ilıq su ilə yuyun.

Kompreslər də yaxşı kömək edir. Zeytun yağını bir qədər qızdırın, yağda kətan parçanı isladın, dirsəyin üzərinə qoyun və plyonka ilə bağlayıb 1-2 saat ərzində saxlayın.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri