Icma.az
close
up
RU
“Qarabağ”: 3 oyunda qapısından top buraxmayan 2 komandadan 1 i

“Qarabağ”: 3 oyunda qapısından top buraxmayan 2 komandadan 1 i

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqası turnirinin 3-cü təsnifat mərhələsinin “Qarabağ” Azərbaycan- “Şkendiya” Şimali Makedoniya cavab görüşündən gözləntilərimiz barədə qeydlərə bu günlər beynəlxalq futbol dairələrində elan edilən və ölkə çempionumuzun pərəstişkarları üçün qürurverici rəqəmlərlə başlamaq istərdik. Statistiklər bildirirlər ki, təsnifat mərhələsində mübarizəyə qoşulan 44 kollektivdən yalnız ikisi – Ağdamın “Qarabağ” klubu və Danimarkanın Kopenhagen şəhərinin eyniadlı komandası ilk 3 raundda qapılarından top buraxmayıblar. Əgər Azərbaycan təmsilçisinin hər 3 görüşdən qələbə ilə ayrıldığını da xatırlasaq, həqiqətən, ürəkaçan və yaddaqalan göstəricilərdir. 

 Bu gün saat 20-yə təyin edilmiş dördüncü oyunumuz isə başlanmaq üzrədir. Həmişəki kimi, görüş yeri Tofiq Bəhramov adına Respublika Stadionudur. Rəqib də bir həftə əvvəl yaxından tanış olduğumuz Şimali Makedoniyanın “Şkendiya” klubudur. Hakimlər briqadası Niderland futbolunun nümayəndələridir. Baş hakim rolunda Denni Makkelini görəcəyik. Ona da, köməkçilərinə də məzmunlu və ədalətli oyun arzulayaq.

 Təcrübədən bilirik ki, futbol daim öz pərəstişkarlarına səbrlə, təmkinlə tövsiyə edir ki, hər hansı oyun ərəfəsində rəqiblərin ad-sanından, turnir mövqelərindən, evdə və ya səfərdə çıxış etmələrindən asılı olmayaraq, onlardan heç birinə yuxarıdan aşağı baxmaq, imkanlarını qiymətləndirməmək olmaz. Bu, qəti şəkildə qadağandır. İndiki halda da “Qarabağ” avqustun 5-də 3-cü təsnifat mərhələsinin start görüşündə doğma yerlərdən uzaqlarda, Skopyedə kifayət qədər iddialı və inadkar komanda ilə görüşdən qalib ayrılıb (1:0) bu turnir çərçivəsində ardıcıl qələbələrinin sayını 3-ə çatdırsa da, bugünkü matçda bir an belə sayıqlığı itirmək olmaz. Əksinə, qələbələr seriyasını 4-ə çatdırmaq üçün arxa xətdə səhvsiz və etibarlı oynamaqla yanaşı, hücumda daha kəskin, daha dəqiq mübarizə aparmaq lazımdır. Kadi, Zubir, Leandro Andrade, Nəriman və onların oyundaşları məqsədə çatmaq üçün daha çox zəhmət çəkməli, daha yüksək keyfiyyətli oyun nümayiş etdirməlidirlər. Belə olsa, komanda azarkeşləri ilə birlikdə elə bu axşam 4-cü qələbəni əvvəlkilərdən də təmtəraqlı bayram edə bilər. 

 Artıq 12-ci ildir ki, avrokuboklar səhnəsində və ya əsas mərhələdə çıxış etmək hüququ qazanmış “Qarabağ” (Konfrans Liqasının qrup mərhələsinə “bilet” təmin olunub) bu dəqiqələrdə Çempionlar Liqasının pley-off mərhələsinin astanasında, bəlkə də, yarım addımlığındadır. “Şkendiya”ya bu axşam uduzmasaq, heç-heçə də bizim üçün qələbəyə bərabər olacaq, növbəti mərhələdə daha yüksək pillədə yolumuza davam edəcəyik. 

Hər şeyin Azərbaycan çempionu azarkeşlərinin istəyinə uyğun oıacağı, Şimali makedoniyalı qonaqlara uduzmayacağımız halda sabah Budapeştdə keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – ­“Ludoqorets” (Bolqarıstan) qarşılaşmasında hamı hakimin final işarəsini daha böyük maraqla gözləyəcək. Pley-off-da bu iki komandadan birinin rəqibimiz ola biləcəyi çoxdan məlumdur. Onların 6 avqust axşamında “Ludoqorets”in doğma şəhəri Razqradda ilk oyununda qapılara top vurulmayıb. İndi hər şey sabah macarların meydanında həll olunacaq.

Hər ikisi “Qarabağ”a da, onun azarkeşlərinə də yaxşı tanışdır. Yaxın keçmişdə Ağdam futbolçularının səfərdə macarlara 3:1, bolqarlara 7:2 hesabı ilə qalib gəldiyi oyunlar xatirələrdə hələ təzədir. Lakin onları yenidən tam təfsilatı ilə xatırlamaq hələ bir qədər tezdir. Komandamız hələlik “Şkendiya” ilə münasibətləri qəti şəkildə öz xeyrinə həll etmək üçün bütün qüvvələrini səfərbərliyə almalıdır. “Ferentsvaroş” və ya “Ludoqorets”lə oyunlar barədə daha ətraflı danışmağa imkan olacaq. Hələlik onu xatırladaq ki, pley-off görüşləri avqustun 19-20-də və 26-27-də olacaq. Onları ümidlə gözləyək. 

Deyəsən, bəzi azarkeşlərimiz indi Konfrans Liqasına, Avroliqaya bir qədər yuxarıdan aşağı baxırlar. Çoxlarımız Qurban Qurbanovu və onun futbolçularını ikinci dəfə Çempionlar Liqasının baş meydanında, Avropa futbolunun nəhəngləri ilə döyüşlərdə görmək istəyirik. Bunu başa düşmək çətin deyil. Qitə miqyaslı digər iki yarış nə qədər mötəbər olsa da, Çempionlar Liqası onlardan üstündür. “Qarabağ” da bu meydanda oynamağın adama ayrı zövq verdiyini, əlbəttə ki, hamıdan yaxşı bilir.

Oqtay BAYRAMOV, 
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri