“Qarabağ” 4 milyonluq hücumçunu pulsuz transfer edə bilər!
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ" yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Fransanın "Loryen" klubunda çıxış edən Sambou Soumano hələ də ağdamlıların transfer siyahısındadır.
"Qarabağ" mövsümün əvvəlində seneqallı forvard üçün 2.5 milyon avro təklif etsə də, rədd cavabı almışdı. Liqa 1 klubu 25 yaşlı oyunçu üçün 5 milyon avro tələv etmişdi.
Bu dəfə isə Azərbaycan çempionunun işi asanlaşa bilər. Çünki futbolçunun klubu ilə müqaviləsi yayda bitir. "Köhlən atlar" oyunçunu azad agent kimi heyətinə qatmaq üçün razı salmalıdır.
Sambou Soumano cari mövsüm Liqa 1-də 22 matça çıxıb və 4 qol müəllifi olub. Onun bazar dəyəri 4 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:“Qarabağ” afrikalı hücumçunu transfer edə bilər
03 Yanvar 2025 11:33
Qarabağ tanınmış hücumçunu transfer edir
05 Dekabr 2025 20:01
“Qarabağ“ nigeriyalı hücumçunu transfer etməyə yaxındır
23 Yanvar 2026 23:15
Qarabağ bu hücumçunu ala bilər
22 May 2025 17:36
Qarabağ istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? Açıqlandı
25 Fevral 2025 16:14
Baxış sayı:135
Bu xəbər 24 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















