Icma.az
close
up
RU
Qarabağ a qarşı görüşün kubok, yoxsa çempionat oyunu olmasının fərqi yoxdur MÜSAHİBƏ

Qarabağ a qarşı görüşün kubok, yoxsa çempionat oyunu olmasının fərqi yoxdur MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Səbail"in yarımmüdafiəçisi Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"a qarşı ilk görüşündə pis çıxış etmədiniz, amma sonda 0:1 uduzdunuz. Məğlubiyyəti necə şərh edəcəksən? Səncə, daha yaxşı nəticə mümkün idi?

- "Qarabağ"a qarşı görüş maraqlı alındı. Çox yaxşı hazırlaşmışdıq. Qol epizodları da yaratdıq. Sadəcə həmin epizodları dəyərləndirmək alınmadı. Qol da vurduq. Lakin oyundankənar vəziyyət qeydə alındı. Buna rəğmən, "Qarabağ"a qarşı yaxşı mübarizə apardıq. 

- Təyin edilib, daha sonra VAR müdaxiləsindən sonra qeydə alınmayan penalti epizodu ilə bağlı fikrin necədir? Səncə, Madi Ketaya qarşı qayda pozuntusu var idi?

- Həmin penalti epizodu ilə bağlı fikir bildirə bilmərəm. Həm də artıq epizod və oyun geridə qalıb. Penalti var idisə də, oyun bitib və qarşıda cavab görüşü var. 

- Necə düşünürsən, "Səbail"in növbəti mərhələ şansı hələ də qalıb? "Qarabağ"la cavab görüşündə geridönüş edərək növbəti mərhələyə adlamağı nə dərəcədə real hesab edirsən?

- Hər matçda layiqli mübarizə aparmağa çalışırıq. Növbəti görüşə də hazırlaşıb, yaxşı oyun və nəticə üçün oynayacağıq. Necə alınacağını oyun göstərəcək.

- Hazırkı durumda "Səbail" üçün kubok nə qədər önəmlidir? Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq, bütün gücünüzü ora yönəltmək daha yaxşıdır?

- Bunu bizim məşqçilər korpusu daha yaxşı bilir. Meydanda olan oyunçuların, yəni bizim işimiz məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməkdir. Hansı futbolçu meydanda çıxırsa, komanda üçün maksimumunu verir.

- "Səbail" qışdan sonra uğurlu performans göstərir, üç oyuna 7 xal qazanıb. Cavid Hüseynov nəyi dəyişə bilib?

- Fasilədə vaxtımız çox oldu. Yaxşı da toplanış keçdik. Çalışdığımız qədər Cavid müəllimin tapşırıqlarını yerinə yetirdik. Taktiki baxımından səhvlərimizi düzəltdik. Məncə, bu bizim qışdan sonrakı performansımıza təsir etdi.

- "Səbail" növbəti görüşünü də "Qarabağ"a qarşı keçirəcək. Amma bu dəfə Premyer Liqa matçında...Yəqin ki, kubokla müqayisədə fərqli oyun olacaq?

- Təbii ki, kubok matçı çempionat görüşündən daha fərqli olur. Ancaq "Qarabağ"a qarşı görüşün kubok, yoxsa çempionat oyunu olmasının fərqi yoxdur. Performansımızı davam etdirib, "Qarabağ"la çempionat görüşündə də uğurlu nəticə qazanmağa çalışacağıq.  

- Türkiyənin 1-ci liqa təmsilçisi "Erzurumspor" səni transfer etmək istədiyi iddia olunur. Özünü Türkiyəyə getməyə hazır hesab edirsən? Yoxsa, transfer bu qış baş verməyəcək?

- Bəli, mən də bu xəbəri mətbuatdan oxumuşam. Klub da bununla bağlı açıqlama verib ki, rəsmi təklif almayıblar.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri